İDMAN


QƏBƏLƏ GƏNCLƏRİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ƏZİZ TUTURLAR

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü ərəfəsində Qəbələ rayon Gənclər, İdman və Turizm İdarəsinin təşəbbüsü ilə ulu öndərin xatirəsinə həsr olunmuş idman yarışları başlanmış, məktəblilərin əl işlərindən ibarət sərgi açılmışdır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Karate-Do turnirində 110, futbol üzrə yarışlarda isə 2600 idmançı öz qüvvəsini sınamışdır. Artıq ikinci tur start götürüb. Yarışlara mayın sonunda yekun vurulacaq. Mədəniyyət sarayının foyesində təşkil olunmuş sərgidə isə 200-dən artıq əl işi nümunəsi nümayiş etdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.