ELM VƏ TƏHSİL
QƏBƏLƏ RAYONUNUN TƏHSİL İŞÇİLƏRİ PREZİDENTİN FƏRMANINI MÜZAKİRƏ ETMİŞLƏR
Respublika Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmanından irəli gələn vəzifələrin müzakirəsi ilə əlaqədar Qəbələ rayon təhsil şöbəsində yığıncaq keçirilmişdir.
Təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, toplantıda Fərmanla əlaqədar təhsil sahəsində həyata keçiriləcək geniş tədbirlər planından, təhsilin inkişafına mane olan problemlərin araşdırılması, ölkədə yoxsulluğun və işsizliyin aradan qaldırılması sahəsində qarşıda duran vəzifələrdən danışılmışdır. Qeyd olunmuşdur ki, rayonda tədrisin kefiyyətinin daha da yüksəldilməsi məqsədilə kadr hazırlığına diqqətin artırılması, məktəblərin kompüterləşdirilməsi, İnternet şəbəkəsinə qoşulması qarşıda duran əsas vəzifələrdir.
Müzakirələrdə çıxış edənlər fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcəklərini bildirmişlər.