RƏSMİ XRONİKA
QAÇQINLARIN PROBLEMLƏRİ DİQQƏT MƏRKƏZİNDƏ OLMALIDIR
O demişdir: “Mən sizin bu əməkdaşlığı daha səmərəli etmək üçün Bakıda görüşmək arzunuzu alqışlayıram”. Azərbaycan dövlətinin başçısı respublikaya göstərilən yardıma görə beynəlxalq humanitar təşkilatlara və xarici ölkələrə minnətdarlığını da bildirmişdir. O qeyd etmişdir ki, “Biz ölkəmiz üçün bütöv bir sıra ümdə problemləri birgə səylərimizlə həll edə bilərik”.
Qonaqlar səmimi qəbula görə öz təşəkkürünü bildirərək, Azərbaycan Prezidentinə Bakıda başlanmış görüşün məqsəd və vəzifələrindən danışmış, ona qaçqınların düşərgələrinə getdikləri barədə məlumat vermiş, didərginlərin iztirablarını heç olmasa birtəhər yüngülləşdirmək üçün tədbirlər görülməsinin labüdlüyündən söz açmışlar. Çıxış edənlər demişlər: “Biz respublikanın ağır vəziyyətə düşdüyünü görür və yaxşı başa düşürük. Bu, ölkələrimiz və təşkilatlarımız arasında əməkdaşlıq münasibətlərini və qarşılıqlı anlaşmanı möhkəmlətməyin labüd olduğunu göstərir”. Qonaqlar ümidvar olduqlarını bildirmişlər ki, Bakı görüşündə qaldırılan məsələlər müvəffəqiyyətlə həll ediləcəkdir.
Azərbaycan Respublikasının dövlət müşavirləri Vəfa Quluzadə və Hidayət Orucov qəbulda olmuşlar.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri