QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİNƏ BAYRAM SOVQATI
Meliorasiya və Su Təsərrüfatı Komitəsi Ramazan bayramı münasibətilə Xaçmaz rayonunda məskunlaşmış 150 məcburi köçkün ailəsinə 16 milyon manatlıq ərzaq yardımı göstərmişdir. Onlara 150 kisə un, 750 kiloqram qənd və düyü, 300 litr bitki yağı və 75 kiloqram çay paylanmışdır.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, kollektiv respublikamızın müxtəlif bölgələrində məskunlaşmış qaçqın soydaşlarımıza yardımlarını davam etdirir