QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN UŞAQLAR ÜÇÜN YENİ MƏKTƏB BİNASI
Beynəlxalq humanitar təşkilatların yardımı ilə Bakının Əzizbəyov rayonunda qaçqın və məcburi köçkün uşaqlar üçün 300 yerlik yeni məktəb binası tikilmişdir.
Paytaxtın Baş Təhsil İdarəsindən müxbirimizə bildirmişlər ki, müasir tələblərə cavab verən bu təhsil ocağı sentyabr ayında istifadəyə veriləcəkdir.