QADINLARIN FƏALLIĞI ARTIR
AzerTAg.az
Astarada qadınların ümumrayon konfransı olmuşdur. Respublika qadınlarının I qurultayından keçən dövr ərzində rayonda qadın problemləri ilə bağlı görülən işlər barədə hesabat dinlənilmişdir.
Konfransda həmin dövr ərzində rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında qadınların qazandıqları uğurlardan, mövcud problemlərdən və onları aradan qaldırmaq yollarından söhbət açılmış, qarşıdan gələn prezident seçkilərinə hazırlıqdan, bu siyasi kampaniyada rayon qadınlarının iştirakından danışılmışdır.
Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Dilruba Camalova toplantıda çıxış etmişdir.
Konfransda respublika qadınlarının II qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul etmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var