SİYASƏT


“QADINLARIN LİDERLİYİ VƏ SİYASİ İŞTİRAKI” LAYİHƏSİ UĞURLA HƏYATA KEÇİRİLİR

Bu günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) eksperti Algirdas Meskauskas Bakıda səfərdə olmuşdur.

Qonaq səfər zamanı Azərbaycan hökuməti və ATƏT-in DTİHB tərəfindən birgə həyata keçirilən “Qadınların liderliyi və siyasi iştirakı” layihəsi çərçivəsində görülən işlərlə maraqlanmış, gender məsələləri üzrə məsul əməkdaşların fəaliyyəti ilə tanış olmuş, bu sahədə görülən tədbirlər barədə məlumatlar əldə etmişdir.

Qadın Problemləri üzrə Dövlət Komitəsindən müxbirimizə bildirmişlər ki, ölkəmizdə gender sahəsində görülən tədbirlərin uğurlu nəticəsi olaraq, DTİHB həmin layihəni 2003-cü ildə davam etdirməyi və daha da genişləndirməyi qərara almışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.