İDMAN
QADIN XOKKEYÇİLƏRİMİZİN DÜNYA ÇEMPİONATINDA İKİNCİ MƏĞLUBİYYƏTİ
“B” qrupunda təmsil olunan Azərbaycan xokkeyçiləri ikinci oyununu İtaliya yığması ilə keçirmişdir. İtaliya komandası qarşılaşmanın 8-ci dəqiqəsində hesabı açmışdır. Birinci hissənin son dəqiqələrində Dilfuzə Mirzəliyeva rəqib komandanın qapısına təyin edilmiş cərimə zərbəsindən yararlana bilməmişdir. Beləliklə, görüş 1:0 hesabı ilə italyanların xeyrinə başa çatmışdır.
Yığma komandamızın növbəti oyunu aprelin 30-da Koreya Respublikasının xokkeyçiləri ilə olacaqdır. Hazırda Koreya Respublikası və ABŞ komandaları hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Yeni Zelandiya və İtaliyanın 3, İrlandiyanın 2 xalı var.
“A” qrupunda isə Yaponiya və İngiltərənin 6, Fransa və Çinin 3 xalı var. Keçirdiyi hər iki görüşü uduzan xokkeyçilərimizin, habelə “A” qrupunda Ukrayna və Şotlandiyanın isə xalı yoxdur.