İDMAN
QADIN XOKKEYÇİLƏRİMİZ DÜNYA ÇEMPİONATINA HAZIRLAŞIRLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın qadın xokkeyçilərdən ibarət yığma komandası dünya çempionatının seçmə qrup oyunlarına hazırlıq çərçivəsində baş məşqçi Adil Paşayevin rəhbərliyi ilə Respublika Otüstü Xokkey Kompleksində təlim-məşqlərə başlamışdır.
Seçmə oyunlar aprelin 25-dən mayın 6-dək Roma şəhərində keçiriləcəkdir. On iki komanda iki yarımqrupda mübarizə aparacaqdır. Yığmamız “B” qrupunda İslandiya, Yeni Zelandiya, ABŞ, Koreya Respublikası və İtaliya kollektivləri ilə qarşılaşacaqdır. “A” qrupunda isə Çin, İngiltərə, Fransa, Yaponiya, Şotlandiya və Ukrayna komandaları yarışacaqlar.
Qruplarda ilk iki yeri tutan komandalar finala birbaşa vəsiqə qazanacaq, 3-4-cü yerləri tutanlar isə “play-off” sistemi ilə 5-ci vəsiqə uğrunda mübarizə aparacaqlar.
Yığmamız aprelin 20-də İtaliyaya yola düşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]