QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNDƏ GÖRÜŞ
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Vatikan Dövlətinin Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti və Ukrayna Katolik Universitetinin rektoru Boris Qudzyak ilə görüşmüşdür.
Şeyxülislam ölkədə dini vəziyyət, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti, bir çox ölkələrin dini rəhbərlərinin iştirakı ilə keçiriləcək beynəlxalq konfrans barədə qısa məlumat vermişdir.
K.Qucerotti ölkəmizdə dini vəziyyətin misilsizliyini, müxtəlif konfessiyaların dinc yanaşı yaşadığını vurğulamış və bildirmişdir ki, hazırda belə vəziyyət dünyada nadir hallarda müşahidə olunur. O, 2004-cü ildə başlanmış dini dialoqu davam etdirmək üçün şeyxülislamın Vatikana yenidən gəlməsini arzulamışdır.
Boris Qudzyak Bakı haqqında təəssüratını bölüşərək, xalqımızın qonaqpərvərliyini və mehribanlığını vurğulamışdır. O, A.Paşazadəni Ukrayna Katolik Universitetində Azərbaycanda din xadimlərinin və müxtəlif konfessiyalardan olan dindarların qarşılıqlı fəaliyyəti barədə mühazirələr oxumağa dəvət etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var