Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN QAZILAR ŞURASI VƏ ELMİ-DİNİ ŞURASININ AZƏRBAYCAN DİNDARLARINA MÜRACİƏTİ

Bismillahir-rəhmanir-rəhim!

Biz Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, bu müraciətimizi Azərbaycanın bütün din xadimlərinə, ölkəmizdə təmsil olunmuş dinlərin nümayəndələrinə ünvanlayır və bildiririk ki, Allah təbarəkə və təala insanı faili-muxtar, ixtiyar və seçim sahibi yaratmış və onu məhz bu seçkisi üçün məsuliyyətli etmişdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev həzrətlərinin Referendum haqqında fərmanı bütün azərbaycanlılar kimi ölkəmizin dindarlarını da məsuliyyətli seçim qarşısında qoymuşdur. Azərbaycanın gələçək inkişafı, dünya dövlətləri sırasında məqamı, xalqımızın rifahı Referendumun nəticələrindən çox asılı olacaqdır. Belə hesab edirik ki, Referenduma çıxarılan məsələlər son dərəcə aktual və mühüm məsələlərdir və bu məsələlərlə bağlı Konstitusiyaya dəyişikliklər edilməsi vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən etiqad azadlığının da genişlənməsinə, Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğunun sürətlənməsinə xidmət edəcəkdir.

Xüsusilə qeyd olunmalıdır ki, 24 avqust 2002-ci il Referendumu Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər və ölkənin İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa konvensiyasına qoşulmasından irəli gələn tələblərlə bağlıdır və Azərbaycan Respublikasının Konstitusiyasına, həmçinin Referendum haqqında Qanuna müvafiq olaraq keçirilir.

Dindarların nəzərinə belə bir önəmli cəhəti çatdırmaq istərdik ki, Referendumda Konstitusiyaya dəyişikliklərlə bağlı məsələləri möhtərəm Prezidentimiz Heydər Əliyev müəyyən etmiş və irəli sürmüşdür. Qəti əminik ki, bu cəhət, inşaallah, Referendumun nəticələrinə müsbət təsir göstərəcəkdir. Çünki 1993-cü ildə də, 1998-ci ildə də Prezidenti dəstəkləyən, onun seçilməsində fəal iştirak edən – respublika əhalisi ilə bərabər, onun ayrılmaz hissəsi olan biz dindarlar olmuşuq və inanmışıq ki, Allah onu bizdən ötrü bəyənib seçmiş, bilik və siyasətcə ona üstünlük vermişdir, çünki Allah Öz mülkünü istədiyinə verər. Bu məsələdə dindarların mövqeyi Qurani-Kərimin belə bir hökmünə əsaslanır: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!..” (ən-Nisa, 59).

Həyat özü göstərir ki, Prezidentin təklifi əsasında taleyüklü məsələlərin həlli ilə bağlı dövlət sənədlərində edilən dəyişikliklər sayəsində ölkədə hərc-mərcliyin və özbaşınalığın qarşısı alınmış, sabitlik bərqərar olunmuş, beynəlxalq aləmdə respublikamızın imiçi yüksəlmiş, iqtisadiyyatımızda nailiyyətlər əldə edilmiş və xarici siyasətimizdə uğurlar qazanılmışdır. Dini etiqad azadlığı haqqında Qanuna Prezidentin təşəbbüsü və təklifi ilə edilən əlavə və dəyişikliklər bunun ən gözəl nümunələrindən biridir.

Bir sözlə, ömrünü, bütün varlığını xalqa xidmətə, doğma Azərbaycanımızın çiçəklənməsinə həsr edən, zəmanəmizin ən müdrik və dünya miqyaslı siyasətçiləri sırasında özünəməxsus yer tutan cənab Heydər Əliyevin bu təklifləri də, şübhəsiz ki, ümumxalq mənafeyinə yönəldiyi üçün təsirli və faydalı olacaqdır.

Müraciətimiz dindarlara yönəlmiş olduğundan belə bir cəhəti diqqətə çatdırmaq istəyirik ki, Referendumun keçirilməsi bütün səmavi dinlərin, o cümlədən müqəddəs dinimiz olan İslamın da demokratik ənənələrinə tam cavab verir, xüsusilə İslamın Şura prinsipi ilə həmahəng səslənir. Bu prinsip Allah-təbarəkə və təalanın Öz Kitabında Peyğəmbəri Mühəmmədə - səlləlahu əleyhi və alihi və səlləm – belə bir əmri ilə bağlıdır ki, bütün işlərdə xalq ilə məsləhətləşsin, məşvərət etsin, insanların fikrini öyrənsin, sonra isə Allaha təvəkkül edərək iş görsün (Ali-İmran, 159). Qurani-Kərimdə Allaha iman gətirib namaz qılanlar “işlərini öz aralarında məsləhət-məşvərətlə görənlər” kimi səciyyələndirilirlər (əş-Şura, 38). Müasir şəraitdə Referendum belə bir ümumxalq məsləhətləşməsinin əyani təzahürü ola bilər.

Referendumun keçirilməsi İslamın “yaxşılıq əmr etmək və pislikdən çəkindirmək” prinsipinə də müvafiqdir. Bu prinsipə əsasən yaxşını pisdən ayırmaq, ətrafdakı hadisələrə münasibətini bildirmək müsəlmanın borcudur.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası ürəklərində Allah, Peyğəmbər və Vətən sevgisi olan bütün yurddaşlarımızı Azərbaycanda demokratik dövlətçilik ənənələrinin möhkəmlənməsi, haqqın-ədalətin təntənəsi, gələcək nəsillərimizin asudəliyi və səadəti naminə Referendumda hamılıqla və fəal iştirak etməyə çağırır və əmin olduqlarını bildirirlər ki, Referendum, inşaallah, ölkədə sabitliyin qorunub saxlanması, Azərbaycanın qabaqcıl inkişaf etmiş demokratik dövlətlər sırasında özünə layiq yer tutması yolunda daha bir uğurlu addım olacaqdır.

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

Bakı, 1 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib