ELM VƏ TƏHSİL
QAFQAZ UNİVERSİTETİNDƏ BEYNƏLXALQ KONFRANSIN YEKUN İCLASI OLMUŞDUR
Qafqaz Universitetində “Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi” mövzusunda keçirilən beynəlxalq konfransın yekun iclası olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektoru, professor Erol Oral çıxış edərək tədbirdə Azərbaycan, Türkiyə, Ukrayna və digər ölkələrin alimlərinin iştirak etdiklərini diqqətə çatdırmış, müasir qloballaşma şəraitində elm və təhsildə İKT-nin tətbiqinin əhəmiyyətini vurğulamışdır.
Sonra daha çox fərqlənən elmi işlərin müəlliflərinə mükafatlar verilmişdir.
Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən mükafata layiq görülənləri təbrik etmiş, tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.