DÜNYA


QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ SUMQAYITDA ŞƏNLİKLƏR

Mayın 9-da Sumqayıtda Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 57-ci ildönümü şərəfinə təntənəli mərasim olmuşdur.

Şəhərin rəhbərləri, ictimaiyyətin nümayəndələri müharibə qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül-çiçək dəstələri qoydular.

Hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndi.

Mitinqdə çıxış edənlər 1941-1945-ci illər müharibəsində qəhrəmanlıq nümunəsi göstərmiş veteranları – xalqımızın cəsur oğul və qızlarını bu əlamətdar bayram münasibətilə təbrik etdilər. Bildirildi ki, Sumqayıtda yaşayan 420 müharibə veteranına daim qayğı və diqqət göstərilir. Onlar öz xalqına sədaqətlə xidmət edərək, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində fəal ictimai iş aparırlar.

Yuxarı sinif şagirdləri – “Şahin” hərbi-idman oyununun iştirakçıları marşın sədaları altında sərrast addımlarla mərasim iştirakçılarının önündən keçdilər.

Axırda Böyük Vətən müharibəsinin veteranları üçün süfrə açıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.