İDMAN


“QALA” BASKETBOL KOMANDASI HEYƏTİNDƏKİ ALTI LEGİONER OYUNÇUNUN ÜÇÜ İLƏ VİDALAŞMIŞDIR

AZƏRTAC xəbər verir ki, 2005-2006-cı il ölkə basketbol çempionatının oyunlarına fasilə verilmişdir.

Klub rəhbərləri iki həftəlik fasilə müddətində heyəti yeni oyunçularla gücləndirmək imkanına malik olacaqlar. İkiqat ölkə çempionu “Qala” heyətindəki 6 legioner oyunçunun üçü ilə - amerikalı Camel Bredli, gürcü Zviad Babiaşvili və kamerunlu Culivet Tucani ilə vidalaşmışdır. Klub rəhbərliyi bu oyunçularla Avropa “Çağırış Kuboku” uğrunda yarışlarda “Qala” komandasını layiqincə təmsil etmələri üçün müqavilə bağlamışdı. Lakin, “Qala” bu mötəbər yarışın elə ilk mərhələsində məğlub olmuşdu.

Buna baxmayaraq, komanda digər üç legioner oyunçu ilə müqaviləsini hələ ki pozmur. Onlar - gürcü David Barbakadze, litvalılar Dariyus Lukminas və Gerius Kurtinaytisdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.