İQTİSADİYYAT


QƏNNADI FABRİKİ TİKİLİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtda böyük sürətlə qənnadı fabriki tikilir. Bu layihəni “Eksklüziv treninq” Amerika-Azərbaycan birgə şirkətinin törəmə “Elitar” firması həyata keçirir. O, fabrikin tikintisinə 10 milyon dollar sərmayə qoymaq fikrindədir.

Ayda 40 ton məhsul verə biləcək fabriki mayın axırında istifadəyə verilməsi planlaşdırılır. Burada 300 nəfər işlə təmin olunacaqdır. İstehsal olunmuş məhsulun 35 faizini bağlanmış sazişlərə əsasən, Türkiyəyə, Qazaxıstana, Türkmənistana ixrac etmək nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.