SİYASƏT
QANUNLAR AVROPA ŞURASININ EKSPERTİZASINA GÖNDƏRİLİB
Azərbaycan Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərə müvafiq olaraq qanunvericilk sahəsində təkmilləşdirmə işlərini davam etdirir. Artıq onlarca Qanun Avropa standartlarına uyğunlaşdırlmışdır. Bu yaxınlarda “İctimai yayım haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Alternativ hərbi xidmət haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” qanun layihələri də Avropa Şurasına ekspertizaya göndərilmişdir.
Milli Məclisdən AZƏRTAC-a bildirmişlər ki, “İctimai yayım haqqında” Qanun layihəsi artıq parlamentdə iki oxunuşdan keçmişdir. Avropa Şurasında ekspertizadan sonra layihələr parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq və 2004-cü ilin yanvar ayınadək qəbul olunacaqlar.