QANUNSUZ TİKİLİLƏRƏ QARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLİR
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov AZƏRTAC-a demişdir ki, Bakıda qanunsuz tikililərlə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Əgər bu araşdırmalar zamanı hər hansı bir qanunsuzluq ortaya çıxsa və təsdiq olunsa, onda prokurorluq və daxili işlər orqanları həmin məsələyə baxacaqdır.
Ümumiyyətlə, Bakı Şəhəri İcra Hakimiyyətinin rəhbərliyi, eyni zamanda, yerlərdə rayon icra hakimiyyətləri daxili işlər orqanları ilə birgə qanunsuz tikililərin qarşısının alınması üçün vaxtında tədbir görməlidir. Hazırda bununla bağlı işlər aparılır və bu sahəyə nəzarət gücləndiriləcəkdir.