MƏDƏNİYYƏT
“QARABAĞ HƏQİQƏTLƏRİ” TOPLUSU DÜNYAYA YAYILIR
“Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” adlanan beş bukletdən ibarət olan bu topluda mövzular üzrə dəqiq faktlar, obyektiv məlumatlar, fotoşəkillər, xəritələr toplanmışdır. Beynəlxalq aləmə ünvanlanan bu nəşr ingilis dilindən başqa, fransız, alman, ərəb və rus dillərində də çap olunaraq Dağlıq Qarabağ münaqişəsinin əsil səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, iki əsrdən çox bir dövrdə erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq, problemin ədalətli həllinə nail olmaq məqsədi daşıyır.
Bu layihə ümummili lider Heydər Əliyevin münaqişə ilə bağlı real vəziyyətin, tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində başladığı çox dəyərli işlərin davamı, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 60 illik yubileyində Qarabağ mövzusunda çoxsaylı elmi əsərlərin, kitabların yazılıb müxtəlif dillərə tərcümə edilərək dünyaya yayılması barədə verdiyi tapşırığın yerinə yetirilməsinə Fondun layiqli töhfəsidir.
Anar Ələkbərov qeyd etmişdir ki, Heydər Əliyev Fondu tərəfindən yaradılan işçi qrup hazırda “Qarabağ həqiqətləri” silsiləsinin ikinci hissəsi üzərində çalışır. İkinci hissədə daha çox Qarabağın Qafqaz Albaniyası dövləti dövründən Azərbaycanın SSRİ dövrünə qədər aid olan tarixi faktlar və sübutlar əks olunacaqdır.
Bu toplu da Azərbaycanın haqq sözünü dünya ictimaiyyətinə çatdırmaqda vacib bir addım olacaqdır.