MƏDƏNİYYƏT
“QARA VƏ AĞ PİŞİK” FİLMİ NÜMAYİŞ ETDİRİLMİŞDİR
Alman-Azərbaycan “Kapellhaus” Mədəniyyət Mərkəzində alman dilində “Qara və ağ pişik” filmi nümayiş etdirilmişdir.
Mədəniyyət mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mövzusu dələduzluq yolu ilə varlanmaq eşqinə düşən qaraçı Matko adlı bir şəxsin həyatından, başına gələnlərdən bəhs edən bu kinolenti Avropada populyarlıq qazanmış filmlərdəndir. Bir neçə dilə tərcümə olunaraq ekran həyatı yaşayan bu film 1998-ci ildə Venesiyada keçirilən kino festivalında ən yaxşı rejissor işinə görə “Gümüş şir” mükafatına layiq görülmüşdür. Filmdə iştirak edən aktyorların əksəriyyətini türk və yuqoslav sənətçiləri təşkil edir.
Emir Kusturicanın rejissorluğu ilə lentə alınan film Bakının kino həvəskarları tərəfindən də rəğbətlə qarşılanmışdır.