DÜNYA
QƏRBİ UKRAYNANIN MİNDƏN ARTIQ YAŞAYIŞ MƏNTƏQƏSİ İŞIQSIZ QALMIŞDIR
Qərbi Avropadan gəlmiş güclü siklon oktyabrın 29-da səhər Qərbi Ukraynada mindən artıq yaşayış məntəqəsini işıqsız qoymuşdur. Ukrayna Fövqəladə Hallar Nazirliyinin mətbuat mərkəzindən İTAR-TASS-ın müxbirinə bildirmişlər ki, leysan və qasırğa elektrik şəbəkələrini sıradan çıxarmışdır.
Qasırğa zamanı avtomatik müdafiə sistemi yeddi vilayətdə 1067 yaşayış məntəqəsini elektrik şəbəkələrindən ayırmışdır. Lvov və Xmelnitski vilayətləri daha çox zərər çəkmişlər. Bu vilayətlərdə müvafiq olaraq 330 və 275 yaşayış məntəqəsi işıqsız qalmışdır. Qəza xidməti briqadaları elektrik ötürücü xətlərindəki zədələnmələri aradan qaldırmağa başlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]