İQTİSADİYYAT


QARS, ƏRZURUM VƏ İQDIRDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR

Azərbaycanın Qarsdakı Baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar Qars, Ərzurum və İqdırda bir sıra tədbirlər keçirilmişdir. Fevralın 23-də Ərzurumda Baş konsul Həsən Zeynalov mətbuat konfransı keçirmiş, jurnalistlərin faciə ilə bağlı çoxsaylı suallarını cavablandırmışdır.

Fevralın 25-də Qarsın mərkəzi məscidində ictimaiyyətin, siyasi partiyaların nümayəndələrinin və jurnalistlərin iştirakı ilə keçirilən tədbirdə ermənilərin Xocalıda törətdiyi vəhşilikdən bəhs edən film nümayiş etdirilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Tədbir “Sərhəd” televiziya kanalı ilə yayımlanmışdır.

Baş konsulluğun fevralın 26-da İqdırda təşkil etdiyi konfrans iştirakçıları, əvvəlcə türk dünyasının iki dahi öndəri Atatürkün və Heydər Əliyevin büstləri, eləcə də erməni soyqırımının qurbanlarının xatirəsinə ucaldımış abidənin önünə əklil qoymuşlar. “Bahu” salonunda davam etdirilən konfransda Həsən Zeynalov, İqdır bələdiyyəsinin sədri Nüəttin Aras, Milli Məclisin deputatları İsa Həbibbəyli, Məlahət Həsənova, Musa Quliyev, Azay Quliyev, Qars Qafqaz Universitetinin profesoru Hacəli Nəcəfoğlu və başqaları ermənilərin tarix boyu türklərə qarşı həyata keçirdiyi soyqırımı siyasətindən danışmışlar.

Konfransda Xocalıdakı dəhşətli cinayətləri əks etdirən fotosərgi təşkil edilmiş, film göstərilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.