Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

QƏSD
AZƏRBAYCAN TELEVİZİYASI 1995-Cİ İLİN MART HADİSƏLƏRİNƏ HƏSR OLUNMUŞ “QƏSD” ADLI SİLSİLƏ VERİLİŞLƏR HAZIRLAMIŞDIR. MARTIN 15-DƏ EFİRƏ GETMİŞ VERİLİŞİN MƏTNİNİ OXUCULARA TƏQDİM EDİRİK

APARICI: 1995-ci ilin mart hadisələri müstəqillik dövründə tariximizə yazılan ən acı və qorxunc səhifələrdəndir. Çünki müstəqilliyimizin möhkəmləndiyini görüb qorxan xarici düşmənlərimiz son və qəti hücuma keçdilər. Bunun üçün yerli əlaltılar da tapıldı. Uzun müddət benzin, narkotik maddələr, silah alveri və qaçaqmalçılıqla məşğul olan, zaman-zaman ayrı-ayrı vəzifə sahiblərindən dəstək və səlahiyyət alan bədnam OMON qüvvələri müstəqilliyimizə qənim kəsilənlər üçün də cəlbedici tərəfdaşlar idi. Ona görə də xarici və daxili düşmənlərimiz artıq kriminallaşan OMON-çularla danışıqlara gedib onları öz tərəflərinə çəkə bildilər. Çünki həmin vaxt bir çoxlarının maraqları üst-üstə düşürdü. Belə ki, o vaxtkı müxalifətin aparıcı qanadı olan AXC-Müsavat cütlüyü və 20 Yanvar, Xocalı hadisələrində əli qana batmış Ayaz Mütəllibov xarici düşmənlərimizin məkrli məqsədlərindən və OMON-çuların hərbi gücündən öz çirkin niyyətləri üçün istifadə etməyə imkan tapdılar. 

FƏZAİL AĞAMALI (AVP-nin sədri, Milli Məclisin deputatı): Həmin dövrdəki vəziyyətdən, xüsusilə də ölkəmizin Prezidenti Heydər Əliyevin xaricdə səfərdə olmasından istifadə etməyə cəhd göstərən OMON-çular Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı siyasi qüvvələrin dəstəyinə və onlar arasında əldə edilmiş razılaşmaya əsasən qarşılarına qanuni hakimiyyəti zorla ələ keçirmək məqsədini qoymuşdular. Kifayət qədər materiallar, faktlar var və bunlar sübut edir ki, ayrı-ayrı siyasi partiyalar və siyasi qüvvələr məhz OMON-çuların güc amilindən istifadə edərək Heydər Əliyevi hakimiyyətdən devirməyə və hakimiyyətə gəlməyə çalışırdılar. Mən bu fikirdəyəm ki, Rövşən Cavadov və onun ətrafında olan OMON-çular əslində ayrı-ayrı siyasi qüvvələrin girovuna çevrilmişdi. Yəni onlar ayrı-ayrı siyasi qüvvələr tərəfindən bu prosesə cəlb edilmişdilər. Məhz girova çevrildiklərinə görə idi ki, sadəcə olaraq Rövşən Cavadov və onun ətrafındakılar tutduqları yolu axıradək getməkdən başqa ayrı əlacları qalmamışdı. Bu isə qanuni hakimiyyəti zorakılıqla devirmək cəhdi idi.

O vaxt strateji araşdırmalar mərkəzi deyilən bir qurum yaradılmışdı. Burada Türkiyə vətəndaşı Fərman Dəmirqolun da rolu məlumdur. Eyni zamanda, Müsavat Partiyasının fəallarından biri olan Tofiq Qasımovun da bu baxımdan oynadığı rol məlumdur. Bu, hətta Rövşən Cavadovun atasının ona göndərdiyi məktubda da öz əksini tapmışdır. Sonralar istintaqın gedişində bunların hamısı sübut olundu. Ayaz Mütəllibovun tərəfdarlarının, Azərbaycan Xalq Cəbhəsinin müəyyən qanadlarının bu məsələlərdə marağı var idi. Hər bir siyasi qüvvə çalışırdı ki, Rövşən Cavadov amilindən öz məqsədləri üçün istifadə etsin. Təsadüfi deyildir ki, mart hadisələrində həmin siyasi qüvvələr neytral mövqeyi tutmuşdular. Onlar gözləyirdilər ki, hakimiyyət Rövşən Cavadov tərəfindən devrilsin, sonra hakimiyyətin bölüşdürülməsində iştirak etsinlər.

Lakin Heydər Əliyev dərhal xaricdən ölkəyə qayıtdı və həmin qara qüvvələrin dövlət çevrilişi cəhdinin qarşısını müdrikliklə aldı və Azərbaycan dövlətçiliyini xilas etdi.

APARICI: Əsl mahiyyətdə bir-birini qəbul etməyən bu qara qüvvələri bir araya gətirən adam da tapıldı. Bu, Türkiyə vətəndaşı Fərman Dəmirqol idi. Fərman Dəmirqol bu təxribatçı qüvvələr ilə Türkiyənin ayrı-ayrı dairələrinin əlaqəsini yaratmış və onlara xaricdə istinad nöqtəsi tapmışdı. Hələ 1994-cü ilin payızında hadisələrə nüfuz edə biləcək həmin xarici emisarlar bir neçə dəfə gizli surətdə Azərbaycana gəlmiş, Rövşən Cavadov və digər təxribatçı qruplarla görüşüb məsləhət və göstərişlərini vermişlər.

HÜSEYN ƏLİXANOV (Nizami rayon prokuroru): Fərman Dəmirqol və Kənan Gürəl Rövşən Cavadov ilə ayrı-ayrılıqda görüşlər keçirmiş və həmin görüşlərdə müəyyən tapşırıqlar vermişlər. O tapşırıqlara əsasən Fərman Dəmirqol Azərbaycanda müxalifətdə olan siyasi partiyaların vahid halda birləşməsini təmin etməli idi. Bu siyasi birliyə, müxalifətdə olan hərbi qüvvələr cəlb olunmalı idi. Kənan Gürəl isə ticarətçi adı altında Bakıya gəlmişdi və burada firma yaradıb ofis qurmuşdu.

Faktiki olaraq, həmin ofisdən siyasi məqsədlər üçün istifadə edilirdi və istər Türkiyədən, istərsə də Azərbaycanın daxilində olan bir sıra siyasi qurumların nümayəndələri orada görüşlər keçiriblər. Kənan Gürelə verilən tapşırığa əsasən Rövşən Cavadovla, eləcə də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandir heyəti, dəstənin digər üzvləri arasında iş aparmağa imkan yaradılır, onların bu işə cəlb olunması üçün müəyyən hərəkətlər edilir, tapşırıqlar verilir. Əsas rəhbərlik isə Fərman Dəmirqola tapşırılmışdır.

Yalçın Ərtan Bakıdan Türkiyəyə getdikdən sonra Fərman Dəmirqol Tofiq Qasımovla görüşərək Azərbaycan Strateji Araşdırmalar Mərkəzi (ASAM) adı altında bir təşkilatın yaradılması haqqında məsləhətləşir. Bu təşkilatın, - bundan sonra ona ASAM deyəcəyik, - ilk iclasları çox məhdud tərkibdə keçirilmiş, həmin iclaslarda Fərman Dəmirqol, Tofiq Qasımov, Türkiyə səfirliyinin dini müşaviri Ərtoğrul Güvən və Doğru Yol Partiyasının sədr müavini Rasim Musabəyov iştirak etmişlər.

Bu təşkilat əsasən 1994-cü il dekabrın 26-dan faktiki olaraq gizli, qeydiyyatdan keçməmiş bir təşkilat kimi fəaliyyət göstərmiş və ASAM-ın üzvlərinin, iclasda iştirak edən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə növbəti iclaslar Türkiyə səfirliyinin dini müşavirliyində, müşavir Əbdülqədir Sezginin otağında keçirilmişdir.

1995-ci il yanvarın 7-də keçirilən 2-ci iclasda Fərman Dəmirqol burada iştirak edən digər şəxslərdən hələ də gizli saxladığı məqsədini açmağa başlayır və Rövşən Cavadovun həmin iclaslara cəlb olunması, onun informasiyalar verməsi və öz fikrini bildirməsi barədə təklif irəli sürür. Bu barədə Tofiq Qasımova müraciət edir. Tofiq Qasımov və digər iştirak edən şəxslər də Rövşən Cavadovun iclaslara cəlb olunmasına heç bir etiraz etmədən yekdilliklə səs verirlər. Həmin ikinci iclasda Fərman Dəmirqol öz çıxışında bildirir ki, hakimiyyəti ələ almaq lazımdır. Yəni, Heydər Əliyev qanuni yol ilə hakimiyyətdən gedən deyil. Onu yalnız zor göstərməklə hakimiyyətdən salmaq olar.

Hakimiyyətin dinc yol ilə ələ alınmasını istisna edən Fərman Dəmirqol çıxışlarında bildirir ki, siyasi müxalifətdə olan təşkilatlarla mütləq sıx əlaqə yaratmaqla yanaşı, eyni zamanda, faktiki müxalifətdə olan hərbi qüvvələrdən istifadə etmək lazımdır. Öz çıxışlarında o bunu dönə-dönə qeyd edibdir. İcazə versəydiyiniz, mən bu sözləri onun öz ifadəsi ilə bildirərdim. O deyir: “Onların içərisində ən yaxşılarına imkan versək nə olar? Və belə bir imkan verməkdən başqa yol yoxdur. Özümüz qüvvə hazırlamamışıq, ordumuz da yoxdur. Silahlı qruplarımız var. Demokratik müxalifət qruplarımız var. İndi qüvvətli hökumət ordusu yoxdur. Deməli, nə olacaq. Məncə ağıllı-başlı bir siyasi qrup silahlı qüvvəyə arxalanmaq məcburiyyətində qalacaq. Şərq ölkəsi olan Azərbaycanda hələlik əsas reallıq budur. Bu, on il müddət üçün məqbuldur. Biz Türkiyədə də bunun şahidi olduq. Siyasi qüvvələrin qəbul etdikləri siyasi hakimiyyət hökumət təşkil edir. Üç dəfə çevriliş oldu. Bu çevrilişlər siyasi qüvvələrin müəyyən etdiyi çərçivə daxilində həyata keçirildi”.

Fikir mübadiləsindən sonra Fərman Dəmirqol yenə də belə bir mülahizə söyləyir: “Milli Məclis xətti ilə mövcud iqtidarın yeni hakimiyyətlə əvəz olunmasına imkan verilməyəcək. Ona görə də Azərbaycanda gələcəkdə bərqərar olacaq siyasi hakimiyyətin hərbi qüvvəyə də ehtiyacı olacaq. Və yaxud meydana çıxan hərbi qüvvənin müəyyən siyasi qüvvəyə ehtiyacı olacaq. Hər bir qrupdan, dəstədən biri hərbi qüvvə rolu oynayacaq. Quldur dəstə kimi bilinən bu dəstə siyasi müxalifətin qüvvəsi olacaq. Quldurumuz da bu, siyasətimiz də bu”.

1995-ci il yanvarın 4-də Rövşən Cavadovun Türkiyəyə səfəri başlayır və o, orada bayaq adını çəkdiyim Yalçın Ərtan ilə və digər yüksək rütbəli şəxslərlə görüşür, müəyyən tapşırıqlar alır və lazımi məlumatlar verərək onlardan müəyyən kömək göstərilməsini xahiş edir.

Rövşən Cavadov 1995-ci il yanvarın 12-də Türkiyədən qayıtdıqdan sonra yanvarın 14-də ASAM-ın üçüncü iclasından başlayaraq iclaslarda mütəmadi iştirak edir. Rövşən Cavadov iclaslarda bildirir ki, “Azərbaycana diktator lazımdır. Azərbaycana Lenin və Atatürk kimi adam lazımdır. Burada qanunların diktaturası bərqərar olmalıdır. Buradakı əsgər Türkiyə əsgəri deyil. Bunların 90 faizi Rusiyaya işləyir”.

Daha sonra həmin ideyaları Tofiq Qasımov inkişaf etdirərək deyir ki, “İndiki iqtidar iqtidarsızdır. Biz siyasi qüvvələrin müəyyən hissəsini bir yerə cəmləşdirməliyik. Belə bir təşəbbüs etdik. Onların birliyinə nail olmalıyıq. Azərbaycanın 20-dək siyasi qüvvəsinin bir hissəsini cəmləşdirməliyik. Hökuməti idarə etmək üçün şura yaradılmalıdır. Həmin 20 nəfəri də birləşdirməliyik. Koalisiya hökuməti müxtəlif hissələrdən bir avtomobil yığmağa bənzəyir”.

Rövşən Cavadov qeyd edir ki, “Ordudakı vəziyyəti bildiyim üçün deyirəm ki, çevriliş olacaq. Amma mən onların hamısını tanıyıram. Onların təyyarəsi hazırdır. Sabah iki variant tətbiq oluna bilər. Qorxmaq lazım deyil. Vəziyyət pis olacaq. Kim də gəlsə, dövləti qura bilməyəcək. Vəziyyət ağırdır. Mənə dedilər ki, bir həftəyə gəl, ordunu saxlamaq mümkün deyil. 58 zabit gəlmişdi. Bir fakt var. Ölkə nəzarətdən çıxa bilər. Biri var, planlı çevriliş olsun, biri də var plansız. Siyasi xaos ola bilər. Təşəbbüs göstərən qurum olmalıdır. AXC var idi. İndi o da yoxdur. İnam yaratmaq lazımdır. Belə bir qurum olmalıdır. Sabah lazım olduqda meydana çıxa bilməlidir”.

 

Eyni zamanda istintaqda müəyyən olunmuşdur ki, 1995-ci il yanvarın 28-də Türkiyə kəşfiyyat orqanları tərəfindən gizli xüsusi cihazlarla təmin olunmuş 5 nəfər şəxs Azərbaycana göndərilir. Azərbaycanın çaşqınlıq yaradıla bilən, yəni etnik baxımdan qarışıq rayonlarında yerləşdirmək üçün həmin şəxslər Rövşən Cavadovun və Fərman Dəmirqolun sərəncamına göndərilir. Həmin şəxslərin biri Şəki, biri Qazax rayonunda, biri Lənkəran bölgəsində, biri Qusar rayonunda yerləşdirilir. Sonuncunun isə peyk telefon rabitəsi ilə Gəncə şəhərində yerləşdirilməsi nəzərdə tutulsa da, lakin buna o zaman imkan yox idi və Kənan Gürelin təklifi ilə həmin şəxs Bakı şəhərində, Tağızadə küçəsində bir mənzildə yaşamağa başlayır və peyk telefon rabitəsini orada quraşdırır, müntəzəm olaraq Türkiyə ilə əlaqə saxlayır, lazımi şəxslərə müəyyən məlumat verir və tapşırıqların alınmasını təmin edir.

Hətta Kənan Gürel, Fərman Dəmirqol tərəfindən mütəmadi olaraq Yalçın Ərtana və onun yaxın əməkdaşlarına telefon, faks, şifroqram vasitəsilə müəyyən məlumatlar, xəbərlər verirdi və yaranmış problemlər barədə müraciət edirdi. Bunu istintaq tərəfindən Kənan Gürelin firmasında aşkar olunmuş, cinayət işinə əlavə olunmuş şifroqramlar, fakslar, əlyazmalar təsdiq edir. Onların əsli Kənan Gürelin özünə təqdim olunub və həmin işlər üzrə ifadə alınıbdır. O, geniş ifadəsində etiraf edir ki, həqiqətən, həmin fakslar, şifroqramlar Fərman Dəmirqolun, Rövşən Cavadovun təklifi və qarşılıqlı razılaşma əsasında verilən məlumatlardır.

Azərbaycanın tarixində baş vermiş bu hadisələr, yəni, 1994-cü ilin 2-4 oktyabr və 1995-ci ilin 12-17 mart hadisələri, dövlət çevrilişinə cəhdlər həqiqətən, Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı yönəlmişdi və bu, qanuni hakimiyyətə, dövlət orqanlarına qarşı ən böyük, dəhşətli qəsdlərdəndir.

APARICI: Hadisələr nə qədər gərgin və qorxunc olsa da, bunu daim diqqətlə izləyən ölkəmizin başçısı bütün vasitələrdən istifadə etdi ki, qan tökülməsin. Respublikanın tanınmış, hörmətli adamları, ziyalılar, OMON-çuların valideynləri, qohumları onların 8-ci Kilometr qəsəbəsindəki qərargahına göndərildi. Onlara silahı yerə qoyub, qardaş qanı tökməkdən çəkinmək tövsiyəsi olundu. Az qala hamı bir quldur dəstəsinə minnətçi düşdü ki, qandan, qırğından çəkinsinlər. Daşı ətəklərindən töksünlər. Bütün bunlara baxmayaraq, Cavadov qardaşları ipə-sapa yatmadılar. Son sözlərini silahla deyəcəklərini gizlətmədilər.

ƏSƏDULLA QURBANOV (professor): Müstəqil dövlətimizi yaşatmaq üçün onu hər cür daxili və xarici, düşmən fikirli, məkrli qüvvələrdən və onların hərəkətlərindən qorumaq ziyalı kimi bilavasitə bizim borcumuz idi. Biz bu barədə söhbətlər etdik və mən yoldaşlara dedim ki, gəlin, söhbətimizi gedib orada davam etdirək. Yəni, XTPD-nin qərargahına gedək, onlara başa salaq ki, siz bu hadisələrə qoşulmaqla ölkənin taleyini sual altında qoya bilərsiniz. Bu yoldan çəkilin.

Mən belə niyyətlə oraya getdim. Təxminən saat altıya işləmişdi. Qapıda gözləyən zabit içəri getdi və qayıdıb gəldi ki, müəllim, buyurun. Mən otağa daxil oldum, gördüm ki, Mahir Cavadov stolun arxasında təkcə oturub. Yeri gəlmişkən, deyim ki, mən Mahirə aspiranturada dərs demişəm. Ona görə onu tanıyırdım.

Salamlaşdıq, görüşdük və mən gəlişimin məqsədini, niyyətimi ona dedim. Dedi ki, müəllim, əvvəla, xoş gəlmisiniz. Bu məsələni bizim qarşımızda qoyursunuz ki, biz bu işdən əl çəkək, bu işin nəticəsi yaxşı olmaya bilər. Biz artıq qəti qərara gəlmişik. Bir halda ki, siz təkid edirsiniz, onda qardaşıma da deyim, o da bu söhbətdə iştirak etsin. Düyməni basdı, qonşu otaqdan Rövşən gəldi, görüşdük. O, hərbi formada, başı açıq idi. Bu söhbəti ona da dedim. Bizim ciddi söhbətimiz oldu.

Mən onlara dedim ki, siz cavansınız, amma ətrafınızda olanlar sizdən də cavandır. Fikirləşirsinizmi ki, Allah eləməsin, bir hadisə olsa, bizim genefondumuz məhv ola bilər?! Gəlin, bu yoldan çəkilin. Onlar mənə dedilər ki, müəllim, artıq gecdir, biz qəti qərara gəlmişik, öldü var, döndü yoxdur. Dedim, siz ölməyə tələsməyin, dönməyə tələsin. Bizim söhbətimizin arasında xeyli fasilə yarandı. Mən sanki onların həm gözlərindən, həm də ürəyindən oxudum, duydum ki, onları bu qəti fikrə məcbur edən, düçar, sövq edən təkcə özlərinin qətiyyəti deyil, daxildə olan müəyyən qüvvələrin, eyni zamanda, xarici qüvvələrin bunlara çox güclü təsiri var. Ona görə də mən dedim ki, bu xarici qüvvələr ola bilsin ki, müəyyən dövrdə addımlarınızı dəstəkləyə bilərlər. Amma son ana qədər onlar sizi dəstəkləməyəcəklər. Mən hiss edirdim ki, bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşları da burada iştirak edirlər, onları təhrik edirlər.

APARICI: Ölkəmizin başçısı martın 15-də milli televiziya ilə xalqa, OMON-çulara, onların qohumlarına müraciət etdi. Dövlətçiliyin və müstəqilliyin əleyhinə yönəlmiş bu qəsdin mahiyyətini açıb göstərdi. Təsir altına düşmüş adamları düzgün yola qayıtmağa çağırdı. Onların təhlükəsizliyinə dövlət təminatı veriləcəyini vəd etdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1995-ci il 15 mart tarixli müraciətindən: Şübhəsiz ki, nə qədər qan tökülübsə, nə qədər cinayət ediblərsə də, mən bu gərginliyin davam etməsinin tərəfdarı deyiləm. Əksinə, mən tələb edirəm ki, onlar bu cinayət əməllərindən əl çəksinlər...

...Mən hər bir vətəndaşın hüququnun keşiyindəyəm və hər bir vətəndaşa qayğı göstərməliyəm. Xalq mənə etimad göstərdiyinə görə mən bu vəzifəni öhdəmə götürmüşəm. Bu mənim borcumdur və bu borcu yerinə yetirmək üçün mən hər şeyə gedirəm. Ona görə də əgər bu gün də onlar çirkin əməllərindən əl çəksələr, silahları yerə qoysalar, şübhəsiz ki, cinayətkarların bir qusmini bağışlayacağam. Bunları da bağışlayacağam. Yəni mən, - baxmayaraq ki, çox kəskin vəziyyət yaranıb, ictimaiyyət Rövşən Cavadova və onun ətrafında olan o quldurlara çox nifrət edir – yenə də bu addımı atıram.

8-ci Kilometr böyük bir qəsəbədir. Orada yüz minlərlə adam yaşayır. Mənə məlumdur ki, o ətrafda yaşayan adamlar XTPD-də olan o cinayətkarların əlindən boğaza yığılıblar, onlara nifrət edirlər, qorxu altında yaşayırlar. Bu gün mənə deyirlər ki, quldurlar oradan çıxıblar, polis idarəsinə basqın ediblər. Bir mağazadan zorla şey götürürlər, gəlib bir adamın əlindən zorla şey alırlar. Buna kim dözər? Əhmədli qəsəbəsində də yüz minlərlə adam yaşayır. Onlar da bu cinayətkarların əlindən boğaza yığılıblar.

İndi nə edək? Demək, bir dəstədən ötrü yüz minlərlə adamların hüquqlarını tapdalayaq? Bir qrup cinayətkardan ötrü bütün qalanların hüquqlarını tapdalayaq? Buna hansı qanun yol verir? Allah da, qanun da, vicdan da buna yol verməz.

Mahir Cavadov oktyabrın əvvəlində cinayət edib, prokuror kimi işdən çıxarılıb, gecə-gündüz eyş-işrət içindədir. Mənə deyiblər ki, onun evinin qarşısında XTPD-nin 25-30 nəfər silahlı adamı durur. Nə üçün? Hara gedirsə, 25-30 nəfər onu müşayiət edir, nədən ötrü, kimdir o? XTPD dövlət orqanında olan bir dəstədir. Nə üçün o, Mahir Cavadova xidmət etməli, onu qorumalıdır? Nə üçün Mahir Cavadovun arxasınca bu qədər adam gəzməlidir? Rövşən Cavadovun arxasınca 15 nəfər mühafizəçi gəzir. Nazirin cəmi 2 mühafizəçisi var. Burada, Bakıda 2 milyondan artıq adam yaşayır. Məgər bunlar insan deyilmi? Onları ana doğmayıbmı? Onlar Azərbaycan vətəndaşı deyilmi? Onları kim mühafizə edir? Hansı əsasa, nə əsasa, nə hüquqa görə Mahir Cavadov cəmiyyətdə belə bir yer tutsun, istədiyini etsin? Nə üçün bu XTPD dəstəsi iki qardaşın əlində olsun, nə üçün onlara xidmət etsin?

8-ci Kilometr qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə - Daxili İşlər Nazirliyinin əməkdaşlarına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm: Bu əməlinizdən, cinayətkar niyyətlərinizdən əl çəkin, bu yoldan çəkinin, düz yolda deyilsiniz. Tökdüyünüz qanlar, etdiyiniz cinayətlər bəsdir! Təklif edirəm, kim mənim bu çağırışıma səs verirsə, oradan çıxsın və o, cəmiyyətdə də Daxili İşlər Nazirliyində də öz yerini alacaqdır. Ümumiyyətlə, dəstəyə və Rövşən Cavadova deyirəm, bu cinayət əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətlik etmək olmaz. Azərbaycanın dövləti var, xalq tərəfindən seçilmiş Prezidenti var.

Mən dəfələrlə demişəm, bu gün, gərginlik yaranan vaxtda bir daha deyirəm: Azərbaycanın dövlətçiliyini son damla qanımadək qoruyacağam və Azərbaycanın dövlətçiliyinə təcavüz edən adamların cəzasını da qanun çərçivəsində verəcəyəm. Bunu bilmək lazımdır. Ancaq mən heç kimi cəzalandırmaq istəmirəm. İstəyirəm ki, heç kim cinayət törətməsin, heç kim dövlətçiliyə xəyanət etməsin. Bunu istəyirəm, müraciət edirəm, yol göstərirəm. Yol da dediyim yoldur, başqa yol yoxdur.

APARICI: Martın 16-da isə ölkəmizin başçısı əfv fərmanı imzaladı. Bu, tarixdə görünməmiş humanist bir addım idi. Amma təəssüf ki, qarşı tərəf bunu nəinki qiymətləndirə bildi, əksinə, dövlətçilik əleyhinə yeni-yeni bəyanatlarla çıxış etdi.

DƏMİR QURBANOV (Tovuz rayon sakini): 1995-ci ilin mart hadisələri respublikamızın qərb bölgələrindən başlanmışdır. 1995-ci il martın 12-dən etibarən Rövşən Cavadovun rəhbərliyi ilə qanunsuz silahlı birləşmələr Qazaxda, Ağstafada qanlı aksiyalar həyata keçirirdilər. Bunun nəticəsində tələfat baş vermişdir. Bu hadisələrin Tovuz rayonunda getdikcə şiddətlənməsinin qarşısı dövlət orqanlarının fəal köməyi ilə dərhal alındı. Ancaq buna baxmayaraq, Cavadov qardaşlarının təhriki ilə respublikanın başqa şəhərlərində, o cümlədən Bakıda bu proseslərin dərinləşməsi müşahidə olunurdu. Belə bir mürəkkəb məqamda xalq öz Prezidentinə sadiqliyini bir daha sübut etdi.

Həmin qüvvələrin əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyini məhv etmək idi. Bu məqsədlə, Cavadov qardaşları daxili və xarici düşmən qüvvələrin dəstəyinə arxalanaraq, respublikada qarşıdurma yaratmağa çalışırdılar. Müsavat Partiyası, AXC, Demokrat Partiyası və digər partiyalar hadisələri kənardan müşahidə edirdilər. Onlar respublika daxilində qarşıdurmanın kəskinləşəcəyini gözləyirdilər və 1993-1995-ci illərdə həyata keçirə bilmədikləri məkrli planlarına nail olmaq fikrində idilər. Onların əsas məqsədi erməni işğalına təkan vermək, Azərbaycanı parçalamaq və dünya miqyasında nüfuzdan salmaq idi.

Cavadov qardaşlarının cinayət məllərini dəstəkləyənlər Ayaz Mütəllibov, İsa Qəmbər, Əli Kərimov, Tofiq Qasımov və başqaları idi. Buna sübut Tofiq Qasımovun Rövşən Cavadovla mütəmadi görüşləri idi. Bundan əlavə o dövrdə iqtidarda olan bəzi qüvvələrin də Cavadov qardaşlarına dəstək vermələri məlum oldu. Rəsul Quliyev gizli OMON-çuları dəstəkləmiş, hətta onlara maliyyə yardımı da göstərmişdir. Bu insanların belə hərəkətləri onların Azərbaycan dövlətçiliyinə qarşı növbəti xəyanəti idi. Həmin qüvvələr indi də Azərbaycanda gedən müsbət proseslərə öz əks-təsirlərini göstərmək üçün, hakimiyyətə gəlmək pərdəsi altında ölkədə yenidən qarşıdurma yaratmaq məqsədi ilə seçkiqabağı təbliğat aparırlar.

Ancaq yanılırlar. Artıq xalq İsa Qəmbərin, Rəsul Quliyevin, Əli Kərimovun və Tofiq Qasımovun kim olduqlarını yaxşı bilir.

ALİYƏ TƏHMASİB (məktəb direktoru): Martın 13-17-də baş vermiş hadisələr yenə də gözlərimiz önündə canlanır. Biz həmin tarixi yaşamışıq, bunu xalqımızın tarixində qanlı səhifələr kimi xatırlayırıq. Həmin günlər ölkəmizdə dövlət çevrilişi cəhdinə calışanlar var idi. Bu hadisələr 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhdin davamı idi. Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri qanunsuz olaraq silahlandılar. Onlar 8-ci Kilometr qəsəbəsindəki bazalarını bir istehkama çevirərək, ölkəni vətəndaş müharibəsi vəziyyətinə gətirib çıxardılar. O zaman möhtərəm Prezidentimiz yenə də üzünü doğma xalqımıza tutdu və televiziya vasitəsilə xalqa müraciət edərək birliyə çağırdı. Xalq yenə də öz Prezidentinin səsinə səs verdi. Prezidentimiz eyni zamanda, cinayətkar dəstənin üzvlərinə müraciət edərək, onları silahı yerə qoymağa çağırdı. Bu halda onların günahlarının bağışlanacağını bəyan etdi. Lakin silahlanmış dəstənin üzvləri onun haqq səsini eşitmədilər. Onların hakimiyyəti devirmək cəhdləri iflasa uğradı. Bu, Prezidentimizin növbəti qələbəsi idi. Bu, xalqla möhtərəm Heydər Əliyev birliyinin parlaq nümunəsi idi.

APARICI: Səkkiz illik zaman fasiləsindən dönüb mart hadisələrinə baxarkən bir məsələ ciddi narahatlıq doğurur. Özlərini müxalifət sayan heç bir siyasi partiya o vaxt OMON-çuların dövlətçiliyimizin, müstəqilliyimizin məhvinə yönəlmiş qorxunc niyyətlərinə qarşı münasibət bildirmədi. Əksinə, başıpozuq qüvvələri daha da qızışdırdılar. Onların bu mövqeyi, əslində, başa düşülən idi. Çünki o vaxtkı və indiki müxalifətin – müsavatçıların, dırnaqarası demokratların, AXCP-lərin və bir çox digər siyasi partiyaların məqsədi min illər boyu həsrətini çəkdiyimiz müstəqilliyi qoruyub inkişaf etdirmək yox, şəxsi maraqlarını, hikkələrini həyata keçirmək idi. Yalnız Yeni Azərbaycan Partiyası öz prinsipial mövqeyini bildirdi. Müstəqilliyimizə və azadlığımıza düşmən kəsilən OMON-çuların və onların daxili və xarici havadarlarının bədnam əməllərini qətiyyətlə pislədi. Bundan sonra daha iki partiya – Ana Vətən və Sosial Demokrat partiyaları dövlətçiliyi və müstəqilliyi dəstəkləyən bəyanatla çıxış etdilər. Amma bütün bunlara baxmayaraq, Qazax və Ağstafa bölgəsində qan tökmüş və yeni-yeni günahsız qurbanların qanına susamış OMON-çular geri çəkilmək fikrində deyildilər. Onlar 8-ci Kilometr qəsəbəsindəki qərargahlarına toplaşaraq, məsuliyyətsiz bəyanatlar verir, xalqı itaətsizliyə çağırırdılar. Baş verənləri izləyən xalq isə bütün diqqətini Prezident sarayına dikmişdi. Xalq müdrik və uzaqgörən siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevdən qətiyyətli addımlar gözləyirdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək