Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

QƏSD
/1995-Cİ İL 13-17 MART/

Azərbaycan televiziyasi 1995-ci il mart hadisələrinə həsr olunmuş verilişlər hazirlamişdir. Martin 13-də efirə getmiş verilişin mətnini oxuculara təqdim edirik. 

APARICI: 1995-ci ilin əvvəllərində respublikamızda müəyyən sabitlik yaransa da, siyasi gərginlik hələ qalırdı. 1994-cü ilin oktyabr hadisələrindən sonra Surət Hüseynov və onun xaricdəki havadarları yenə də öz məkrli niyyətlərindən əl çəkmirdilər. Respublikamızda yenidən anarxiya yaratmaq və bundan istifadə edərək özlərinin xəyanətkar planlarını reallaşdırmaq istəyirdilər. Azərbaycana düşmən xarici qüvvələr Rövşən və Mahir Cavadov qardaşlarından və onların tabeçiliyində olan Xüsusi Təyinatlı Polis Dəstəsindən istifadə etməklə öz məkrli niyyətlərini gerçəkləşdirmək arzusunda idilər.

FAZİL ƏLİYEV (Qazax rayon sakini): Bu, həqiqətən, Azərbaycan dövlətçiliyinə, milli müstəqilliyimizə qarşı törədilmiş, hansısa qüvvələrin əli ilə hazırlanmış qəsd idi. Bunu danmaq tariximizdə müəyyən səhvə yol vermək deməkdir.

BƏSTİ ƏLƏKBƏROVA(Qazax rayon sakini): Möhtərəm Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldi, böyük işlər gördü. İlk növbədə, müstəqillik əldə etdiyimiz dövrdə olan çəkişmələri aradan qaldırdı və respublikamızda müəyyən sabitlik yaratdı. Lakin bu sabitliyi gözü götürməyən düşmən qüvvələr 1994-cü ildə bağlanmış neft müqaviləsini qəbul edə bilmirdilər. Bundan sonra bəzi xarici dövlətlərin əli ilə, daxildə olan düşmən qüvələrə dəstək verildi. Azərbaycanda daxili sabitliyi pozmaq üçün müəyyən göstərişlər verilirdi. Bunun nəticəsi olaraq, 1995-ci il mart hadisələri başlandı. Bu hadisələr Qazax rayonunda da baş verdi.

VƏLİ ƏLİYEV (Ağstafa rayon sakini): Güclü hakimiyyətin olması onlara sərf eləmirdi, ona görə xaricdə və daxildə olan havadarların köməyi ilə, Xüsusi Təyinatlı Polis Dəstəsinin timsalında Azərbaycanda mart hadisələri baş verdi. Bu hadisələr 1994-cü il oktyabr hadisələrinin davamı idi. Mart ayının 12-dən 13-nə keçən gecə Xüsusi Təyinatlı Polis Dəstəsinin əli ilə Qazax və Ağstafa rayonlarında dövlətə qarşı cinayət hadisələri baş verdi. Bu hadisələr zamanı Qazax rayon icra hakimiyyətinə hücum oldu. Onlar rayon polis şöbəsini də zəbt etdilər. Bundan sonra Ağstafa istiqamətində hərəkət etdilər. Orada da rayon polis şöbəsinə basqın etdilər, nətiçədə bir nəfər polis işçisi Əjdər Babayev həlak oldu. Biz onu evlərinə aparanda ailə üzvlərinin üzünə baxa bilmirdik.

APARICI: Azərbaycanın belə çətin və ağır günlərində, təəssüf ki, əksər siyasi partiyalar müstəqilliyimizə, dövlətçiliyimizə qarşı yönəlmiş bu cür düşmən hərəkətlərə qarşı çıxmaq əvəzinə, əksinə, dəstək verirdilər. Onlar Rusiyada və digər xarici ölkələrdə fürsət gözləyən vətən xainləri ilə gizli əlaqələr saxlayır və Azərbaycanda dövlət çevrilişi etməklə hakimiyyətə gəlmək, bununla da xalqımızı yenə də müstəmləkə boyunduruğuna salmaq istəyirlər.

Torpaqlarımızın müdafiəsi məqsədi ilə yaradılmış Xüsusi Təyinatlı Polis Dəstəsi, təəssüf ki, tez bir zamanda müəyyən siyasi qüvvələrin əlində vasitəyə çevrildi. Xalq arasında omonçular adı ilə məşhur olan bu silahlı dəstələr qanunlara məhəl qoymur, qarətçilik, talançılıq yoluna yuvarlanmışdılar. Elçin Əmiraslanov respublikanın qərb bölgəsində, necə deyərlər, əsl qoçuluq edirdi. Cavadov qardaşları eyni hərəkətləri Bakıda törədirdilər. Bütün bunlar isə xalq arasında inamsızlıq toxumu səpirdi, daha doğrusu, sadə adamların dövlətə inamı sarsılırdı.

VALEH VƏLİYEV (Qazax rayon sakini): 1995-ci ilin mart hadisələrinin kökü çox əvvəllərə gedir. 1993-cü ilə qədər, yəni möhtərəm Heydər Əliyev yenidən hakimiyyətə gələnə qədər Azərbaycanda ayrı-ayrı siyasi qüvvələrin, siyasi partiyaların öz silahlı dəstələri var idi. Başıpozuq dəstələrin digər məqsədlərə qulluq etməsinin nəticəsi idi ki, Azərbaycanın ərazisinin 20 faizi işğal olundu. Özünü bu gün müxalifət adlandıran Müsavat və Xalq Cəbhəsi cütlüyü hakimiyyətdən qaçdı və xalqın istəyi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Bu dövrdə həmin dəstələrin əksəriyyəti Prezidentimizin əməli siyasəti nəticəsində ləğv edildi. Lakin bunlara baxmayaraq, elə qüvvələr var idi ki, onlar maskalanaraq, guya iqtidarı dəstəklədiklərini bildirirdilər. Əslində isə belə deyildi. Onlar məqam gözləyirdilər. Belə dəstələrdən ən böyüyü, sonralar 1995-ci ilin məlum mart hadisələrinə gətirib çıxaran Xüsusi Təyinatlı Polis Dəstəsi idi və onların niyyəti hakimiyyəti devirmək idi. 1995-ci ilin mart hadisələrinə qədər bu dəstələr nə qədər maskalansa da, xalq hiss edirdi ki, onların hərəkətlərində intiqam hissi, hakimiyyəti ələ keçirmək hissi özünü göstərirdi, onlar dövləti parçalamaq, ayrı-ayrılıqda mənfəət götürmək fikrində idilər. Bu hadisələr Qazax rayonundan başladı. Burada olan Omon dəstələri o dövrdə nəinki dövlətə xidmət etmək, əslində onlar reket dəstələrinə çevrilmişdilər. Onlar gizli şəkildə Azərbaycanın sərvətlərini müşayiət edib qeyri-qanuni yolla respublikadan kənara çıxarmaqla külli miqdarda vəsait əldə edirdilər. Bu əməllər göz qabağında idi. Onlar özlərinə güvənc taparaq dövlətin əleyhinə qalxdılar, nəticədə də layiqli cəzalarını aldılar.

APARICI: 1995-ci il martın 13-də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Elçin Əmiraslanov özünün silahlı qüvvələri ilə Qazax rayon icra hakimiyyətini, polis idarəsini və digər dövlət strukturlarını ələ keçirir. Bu hadisələr Ağstafa rayonunda da təkrar olunur. Omonçular həmçinin hərbi hissəyə hücum edərək çoxlu silah ələ keçirirlər.

SƏFURƏ RƏHİMOVA (Qazax rayon sakini): Qazax rayonu sərhəddə üç respublikanın kəsişdiyi yerdə olduğuna görə, onlar buranı seçmişdilər. Bu, omonçular tərəfindən qabaqcadan hazırlanmış plan idi. Həmin gecə Qazaxda çevriliş etmək üçün icra hakimiyyətinin binasını, poçtu və polis idarəsini tutmaq istəmişdilər. Səhər tezdən mən məktəbə gedəndə eşitdim ki, belə bir hadisə olub. İcra hakimiyyətinin qarşısına gələndə gördüm ki, silahlıların hamısının üzü maskalıdır və heç kimi tanımaq mümkün deyildir. Onlar heç kəsi yaxın buraxmaq istəmirdilər.

Keçmiş icra başçısi Nəsib Şahmalıyev saat 3 radələrində iclas keçirdi və dedi ki, Qazax rayonu həmişə yüksək ziyalı potensialı ilə seçilibdir. Ona görə də mən istərdim ki, ziyalılardan, ağsaqqallardan ibarət bir qrup gedib omonçularla söhbət aparsınlar. Bundan sonra bir neçə ağsaqqal və qadın getdik Cavanşir restoranına, çünki onlar oraya toplaşırdılar. Biz onlarla görüşdük və ana kimi, müəllim kimi, ziyalı kimi geniş söhbətimiz oldu. Uzun sürən söhbətdən sonra biz anladıq ki, bu hadisələr onlarlıq deyil. Onlara xarici ölkələrdən havadarlıq edənlərin, onları bu yola salanların olduğuna əmin olduq. Cavadov qardaşları, Surət Hüseynov və Ayaz Mütəllibov kimiləri onlara vədlər vermişdilər ki, siz bu çevrilişi törədin, biz hakimiyyətə gələk və müəyyən kürsülərə sahib olaq. Sərhəd rayonu olduğuna görə, bu hadisələrin Qazaxdan başlaması əvvəlcədən planlaşdırılmışdı.

SEVİL RZAYEVA (Ağstafa rayonu, rabitəçi): Biz qızlarla növbədə idik, səhər saat 4-ə yaxın atəş səsləri gəldi. Atəş eşidəndə biz fikirləşdik ki, bu nə səslərdir. O vaxtlar omonçular barədə söhbətlər gəzirdi. Bizə birbaşa zəng edib bölgədə nə baş verdiyini soruşurdular. Vəziyyəti öyrənmək üçün Qazaxa zəng edəndə, artıq oranın telefonçuları cavab vermirdilər, rabitə qoyşağını artıq zəbt etmişdilər. Sonra Ağstafanın icra başçısı Cavanşir Abbasovla rabitə əlaqəsi istədilər. Ona zəng edib dedik ki, sizi Bakıdan istəyirlər. Biz onu Bakı ilə calaşdıranda ona bu hadisə barədə məlumat verdilər. Sonra dedilər ki, rayonda baş verən hadisələr barədə tez-tez Bakıya məlumat versin. Aradan 5 dəqiqə keçmiş kassanın pəncərəsi döyüldü. Mən icra hakimiyyəti başçısına dedim ki, deyəsən, omonçular poçta gəliblər. Dedi ki, elə şey ola bilməz.

Pəncərəni döyənlər bizə dedilər ki, qapını açın, içəri daxil olmaq istəyirik. Mən dedim ki, olmaz, gecə vaxtı sizin burada nə işiniz var. Biz qapını açmadıq. Sonradan onlar başlarında maska, əli silahlı kassanın pəncərəsindən içəri daxil oldular. Bizə çölə çıxmağı əmr etdilər. Biz növbədə olduğumuzu bildirdik və bayıra çıxmaqdan imtina etdik. Çöldə çox soyuq olduğunu bildirərək xahiş etdik ki, içəridə qalaq. Bir azdan sonra dedik ki, icazə verin, sifarişlərə cavab verək. Çünki hamı narahat idi və bizdən bir məlumat gözləyirdilər. Onlar icazə vermədilər. Onda biz dedik ki, axı, ailəmiz də nigarandır, heç olmasa, onlara xəbər verək. Razı oldular, ancaq bildirdilər ki, artıq heç bir söz deməyin. Biz xəttə qoşulduq və bir neçə yerə, o cümlədən Prezident Aparatına onların neçə nəfər olduğu və baş verənlər haqqında məlumat verdik. Səhərə yaxın Gülağa müəllimə zəng etdim və bildirdim ki, omonçular poçtu zəbt ediblər. O, bunu niyə gec dediyimi soruşanda, dedim ki, imkan yox idi. O dedi ki, on dəqiqəyə orada olacağam. Gülağa müəllim poçta gələndə onu içəri buraxmırdılar. O dedi ki, mən işçilərimlə birlikdə olmalıyam. Bundan sonra onu içəri buraxdılar. Öz otağına keçəndən sonra biz baş verənlər haqqında onu məlumatlandırdıq. O da öz növbəsində hamısını birbaşa Bakıya çatdırdı. Konkret olaraq bizim rabitəmizi onlar dayandıra bilmədilər. Biz gizli olaraq bütün məlumatları çatdırırdıq.

TAHİR QULİYEV (Ağstafa, polis polkovnik-leytenantı): 1995-ci il mart ayının 12-dən 13-nə keçən gecə Qazax bölgəsində fəaliyyət göstərən Omon adlanan həmin qurum dövlətimizə zərbə vurmaq istəyən şəxslərin fitnə-fəsadı ilə Qazax və Ağstafa rayonlarına hücum etdilər. Gecə saat 4 radələrində 707 nömrəli hərbi hissənin omonçulara rəğbət bəsləyən zabitlərini və hərbi texnika götürüb Ağstafa rayonu istiqamətində hərəkət etməyə başladılar. Saat 5 radələrində onlar Ağstafa rayonuna daxil oldular və polis şöbəsinə hücum etdilər. O vaxt mən də Ağstafa rayon polis şöbəsində işləyirdim. Həmin gecə Daxili İşlər Nazirliyinin göstərişi ilə biz şöbənin əməliyyat qrupunu gücləndirmişdik. Bizim müəyyən məlumatlarımız var idi.

Həmin gecə Səməd Vurğunun heykəli yanından tanklarla, iriçaplı pulemyotlarla polis şöbəsinə hücuma keçdilər. Ağstafa rayon polis şöbəsinin əməkdaşları onlara layiqli cavab verdilər. Quldur dəstənin iki üzvü öldürüldü. Buna baxmayaraq, qüvvələr qeyri-bərabər olduğundan onlar növbətçi hissəni ələ keçirməyə müvəffəq oldular. Orada da onlara qarşı ciddi müqavimət göstərildi. Şöbənin məsul növbətçisinin köməkçisi, polis serjantı Babayev Əjdər həmin cinayətkarlar tərəfindən qətlə yetirildi. Onun öz xidməti vəzifəsini layiqincə yerinə yetirməsi respublika Prezidenti tərəfindən yüksək qiymətləndirildi və o, ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü. Bu gün də Ağstafa rayon polis şöbəsinin əməkdaşları Babayev Əjdər Xalıqverdi oğlunu öz sıralarında hiss edirlər. Onun və digər 4 nəfər həlak olmuş polis əməkdaşlarının ailələrinə yardım göstərilir. Daxili işlər naziri Ramil Usubov Babayev Əjdərin oğlunu polis sıralarına qəbul edibdir. Hazırda o, Tovuz rayon polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır, atasının yolunu davam etdirir.

1995-ci ilin mart hadisələri yeni qurulmuş dövlətçiliyimizə qəsd idi. Bunu bütün Azərbaycan xalqı kimi, Ağstafa camaatı da təsdiq edir. Düşmən qüvvələr Azərbaycanın gələcəyinə zərbə vurmaq fikrində idilər. Lakin layiqli cavablarını aldılar.

XANQULU SÜLEYMANOV (Qazax rayon sakini): Mart ayının 15-də məni icra hakimiyyəti aparatına çağırdılar. Mən gələndə gördüm ki, camaat icra hakimiyyətinin qarşısına yığılıbdır. Omonçular başlarına maska keçirmişdilər ki, camaat onları tanımasın. Mən onlara yaxınlaşıb dedim ki, siz camaatı qorxutmayın, əgər bacarığınız varsa, bizə təcavüz edən erməni qəsbkarları ilə mübarizə aparın. Biz çox çalışdıq ki, onları öz fikirlərindən daşındıraq. Lakin onlar buna heç bir məhəl qoymurdular. Aydın məsələ idi ki, bunların hamısını Cavadov qardaşları təşkil eləmişdilər. Bir halda ki, onlar öz şəxsi mənafeləri üçün çalışırdılar, onlardan omonçu olmazdı, bu ad onlara yaraşmırdı. Çünki bu, xüsusi təyinatlı polis dəstəsi idi və onlara dövlətçiliyimizi qorumaq tapşırılmışdı. Onlar isə dövlətçiliyə qəsd etdilər.

APARICI: Lakin omonçular bu rayonlarda müqavimətlə rastlaşdılar. Xalq, gözlənildiyi kimi, onlara qarşı çıxdı. Qazax və Ağstafa rayonlarında baş verən hadisələr Bakıda siyasi vəziyyəti daha da gərginləşdirdi. Cavadov qardaşlarının omonçuları cəbhə xəttindən Bakıya çağırması və 8-ci Kilometr qəsəbəsindəki idman bazasında yerləşdirərək, respublika rəhbərliyi ilə hədə-qorxu dili ilə danışması heç bir hüquqa, qanuna sığmırdı. Qardaş qanının axıdılmaması vətəndaş müharibəsinə yol verilməməsi üçün respublika Prezidenti Heydər Əliyev çox böyük müdriklik göstərərək, yolunu azmış bu qüvvələrə dəfələrlə müraciət etdi, onları silahı yerə qoymağa, Azərbaycanı yeni faciələrə düçar etməməyə, ədalətli olmağa çağırdı. Respublika Prezidenti siyasi partiyalara müraciət etdi. Bu ağır günlərdə kənarda qalmamağı, öz mövqelərini bildirmələrini xahiş elədi. Lakin həmişə vətən, torpaq deyə qışqıran bu siyasətbazlar Prezidentin çağırışına səs vermədilər. Gözlədilər ki, hakimiyyət sarsılıb yıxılsın, onlar da kreslo ələ keçirsinlər.

ELDAR HACIYEV (dosent): Təəssüf ki, içərimizdə olan, xalqın adından danışmağa öyrəşən bir çox partiyalar, əslində, xalqa zidd mövqe tutduqlarını mart hadisələrində əyani şəkildə hamıya sübut etdilər. Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyinin, Müsavat partiyası liderlərinin gizli danışıqlarını necə başa düşmək olar? Görünür, bəzi adamlar Azərbaycanda daxili sabitliyin pozulmasında maraqlıdırlar. Onlar belə hadisələrdən özləri üçün xal toplamaq istəyirlər, hakimiyyətə gəlməyin qısa yolunu bunda görürlər.

Biz gərək mart hadisələrini unutmayaq. Həmin partiyaların liderlərinin yalançı vədlərinə inanmayaq, onların dalınca getməyək. Bilirsiniz, bu adamları, belə “siyasətçiləri” xalq qəbul etmir. Onlar ətrafına siyasi əqidəsi olmayan, Azərbaycan dövlətçiliyini hələ də düzgün başa düşməyən, yetişməmiş bəzi adamları toplaya bilərlər. Amma xalqını, dövlətini sevən, onun gələcəyinə inanan heç kəs nə Tofiq Qasımovun, nə İsa Qəmbərin, nə də digər yalançı liderlərin ardınca getməyəcəkdir.

MEHMAN SALMANOV (Qazax rayon sakini): Bir qrup cinayətkar həmin gün müstəqil dövlətimizə qəsd etmək istədi. Mən onların bu hərəkətini dövlət çevrilişinə cəhd kimi qiymətləndirirəm.

Həmin gün səhər biz işə gələrkən gördük ki, rayon icra hakimiyyətinin binası və bir neçə mühüm obyekt zəbt edilmişdir. Biz bu hadisəni çox pis qarşıladıq. Rayon ictimaiyyəti cinayətkarların bu hərəkətini pislədi, lənətlədi və onları düz yola dəvət etdi. Amma onlar öz çirkin əməllərindən əl çəkmədilər. Hətta rayon ziyalılarından, ağsaqqallarından, analarımızdan, bacılarımızdan bir qrupu cinayətkarların yerləşdiyi “Cavanşir” restoranına getdi və onları bu yoldan çəkindirmək istədi. Xalqımıza, dövlətimizə, elimizə-obamıza qarşı düzgün hərəkət etmədiklərini onlara başa salmağa çalışdıq, lakin cinayətkarlar öz əməllərindən dönmədilər.

MAHMUD MƏMMƏDOV (Ağstafa rayonu sakini): Mən bu hadisələrin tam şahidi olmuşam. Bu hadisələr baş verəndə indiki polis şöbəsinin qarşısında tarix muzeyi var idi. Mən oranın direktoru idim. 1995-ci il 13-17 mart hadisələri Ağstafa-Qazax bölgəsində daha ciddi şəkil almışdı. Qaranlıq gecədə hücum çəkərək, Ağstafanın bir sıra mühüm obyektlərini, o cümlədən rayon icra hakimiyyətini, poçtu, polis şöbəsini zəbt etdilər. İnsan tələfatı ilə nəticələnən çox ciddi hadisələr baş verdi. Rayon polis şöbəsinin növbətçisi Əjdər Babayev də həmin hadisənin qurbanı oldu. Bir-iki gün keçmiş, bu hadisəni törədənlərdən biri- Mahir Cavadov başda olmaqla Ağstafaya gəldilər. Onlar polis şöbəsinin qarşısında dayanıb, burada nə baş verdiyini soruşdular. Binaya baxdıqdan sonra öz iradlarını bildirdilər və dedilər ki, nə hay-küy qaldırmısınız, iki pəncərə qırılıb, bunları da düzəltmək mümkün deyilmi? Həmin o dəstəyə başçılıq edən adamlar da “Cavanşir” restoranında yerləşmişdilər və öz hücumlarını oradan təşkil edirdilər.

O dövrdə bizim Ağstafadan ağsaqqallardan ibarət bir dəstə, - tərkibində qadınlar da var idi, - getdilər xahiş etsinlər ki, bu qardaş qırğınından əl çəkin. Amma buna baxmayaraq, onlar öz əməllərini davam etdirirdilər. Onlara güc verən, əlbəttə ki, müəyyən qruplar, dəstələr var idi. Məqsəd isə dövlət çevrilişi idi.

ABUZƏR XƏLƏFOV (professor): Mahir Cavadov kimi bir quldur xarici ölkələrdə özünə sığınacaq tapıb partiya yaratmağa, Azərbaycan dövlətçiliyinə qarşı təxribat etməyə çalışır. Hesab edirəm, xalq belələrini yaxşı tanıyır, onlar heç bir müvəffəqiyyət əldə edə bilməyəcəklər. Çox yaxşı ki, həm həbsxanada, həm də azadlıqda olan keçmiş omonçuların böyük əksəriyyəti mətbuatımızda çıxış etdilər, Mahir Cavadovu pislədilər və onunla heç bir əlaqələri olmadığını söylədilər. Beləliklə, məlum oldu ki, bu işlər bizim əleyhdarlarımız olan bəzi xarici ölkələrin fitnələridir.

APARICI: Vəziyyət ağır olaraq qalırdı. Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə zərbə vurmaq istəyən xarici düşmən qüvvələr bütün vasitələrlə çalışırdılar ki, Bakıdakı hadisələr daha da dərinləşsin və nəticədə Azərbaycanda vətəndaş müharibəsi alovlansın. Omonçulara dil verən düşmənlərin məqsədi dövlətçiliyimizə qəsd etmək idi. Omonçular əldə vasitəyə çevrilmişdi. Vəziyyət günbəgün, saatbasaat ağırlaşırdı. Azərbaycan dövlətçiliyi təhlükə qarşısında idi.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO