DÜNYA


QƏTƏRDƏ BEŞ KİLSƏ TİKİLƏCƏK

AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərdə deyilir ki, Qətər hökuməti ölkənin paytaxtı Danhədə beş xristian kilsəsinin tikilməsi üçün böyük torpaq sahəsi ayırmışdır. Burada katolik, pravoslav, protestant, qibti, anqlikan kilsələri tikiləcəkdir. Şəriət qanunları müsəlmanlar arasında yaşayan xristianlar üçün kilsələrin tikilməsini məqbul sayır.

Qətərin katolik icması təqribən 48 min nəfərdir. Əmirlikdəki digər xristianlar kimi, katoliklər də, əsasən, xarici mütəxəssislər və fəhlələrdir. Qalan dörd məbədin həmin kilsəyə bitişik ərazidə tikilməsi nəzərdə tutulmuşdur. Lakin hələlik xristian icmalarının heç biri inşaat işlərinin başlanmasına kifayət edəcək qədər pul toplaya bilməmişdir.

Qətərin 600 min əhalisinin 75 faizi əcnəbilərdir. Xristianlar ölkə əhalisinin təqribən 10 faizini təşkil edirlər. Onların hamısı turizm sahəsində, neft və qaz sənayesində çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.