Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN XƏLİFƏ AL TANİYƏ

Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qətər arasında möhkəmlənən dostluq əlaqələri hərtərəfli və faydalı əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qətər xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin