REGİONLAR


QAXDA “AQROLİZİNQ”İN YERLİ NÜMAYƏNDƏLİYİ AÇILMIŞDIR

AZƏRTAC xəbər verir ki, Qax rayonunun Dəymədağlı kəndində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Şəki Regional Bazasının yerli nümayəndəliyi fəaliyyətə başlamışdır. Nümayəndəlik hüquqi və fiziki şəxslərə lizinq yolu ilə müxtəlif növ kənd təsərrüfatı texnikasının, habelə gübrələrin verilməsi və ya satışını təşkil edəcəkdir.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, bu məqsədlə nümayəndəliyə 9 ədəd kombayn, traktor, kotan, toxumsəpən və otbiçən aqreqat, habelə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına kömək məqsədi ilə 220 ton fosfor və 62 ton azot gübrələri gətirilmişdir. Fermerlər yeni xidmət növündən faydalanmaq üçün nümayəndəliyə müraciət etməyə başlamışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.