İDMAN


QAXDA HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ŞAHMAT TURNİRİ KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü münasibətilə Qaxda bir həftə davam edən şahmat turnirində üç yaş qrupu üzrə 70-dən çox gənc şahmatçı qələbə uğrunda mübarizə aparmışdır. Turnirin sonunda bütün qaliblərə və fərqlənənlərə Qax Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Uşaq Fondunun və Gənclər, İdman və Turizm İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Ulu öndərimizin ad günü şərəfinə təşkil olunan bu yarışların ənənəvi olaraq hər il may ayının birinci ongünlüyündə keçirilməsi qərara alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.