MƏDƏNİYYƏT


QAXDA YENİ AEROPORT TİKİLƏCƏK

Qax rayonunun Qaşqaçay kəndi yaxınlığında tezliklə yeni aeroportun tikintisinə başlanılacaqdır. Tikintini “Azərbaycan Hava Yolları” Dövlət Konserni maliyyələşdirəcək və həyata keçirəcəkdir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, obyektin layihə-smeta sənədləri artıq hazırdır. Bu məqsədlə Qaşqaçay kəndinin girəcəyində 50 hektar torpaq sahəsi də ayrılmışdır. Tikinti işlərinə cari ilin sonunadək başlamaq nəzərdə tutulmuşdur.

Aeroportun istifadəyə verilməsi Qax rayonunda turizmin inkişafında mühüm rol oynayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.