İQTİSADİYYAT
QAXDA YENİ EMAL MÜƏSSİSƏSİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasimdə rayonun və BakFEM-in rəhbərliyi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əhəmiyyətindən, sahibkarlığın inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs etmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsinin müsbət nəticələrini xatırlatmışlar. Xüsusi vurğulanmışdır ki, sosial-iqtisadi sahədə qazanılan bütün bu nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin davam etdirilməsi, Prezident İlham Əliyevin ölkənin iqtisadi qüdrətinin artırılmasına və vətəndaşların maddi pifah halının yüksəldilməsinə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur. Yeni müəssisənin tikintisinə və avadanlığın quraşdırılmasına 350 milyon manat vəsait xərclənmişdir. Bu, BakFEM MMC tərəfindən cari ildə bölgədə inşa edilən ikinci emal müəssisəsidir. Hazırda sexdə gün ərzində 8-10 ton fındıq emal olunaraq 3 tona yaxın ləpə istehsal edilir. İndiyə kimi burada 85 ton ləpə istehsal olunmuşdur. Tədarük edilmiş 250 ton fındıq məhsuluna görə fermerlərə 3 milyard manatdan artıq vəsait ödənilmişdir. Müəssisədə 32 daimi iş yeri açılmışdır. İşçilərin orta aylıq əmək haqqı hələlik 250 min manatdır. Gələcəkdə istehsal prosesinin daha da genişləndirilməsi hesabına işçilərin sayının 57 nəfərə çatdırılması nəzərdə tutulur.