REGİONLAR


QAXDA YENİ TUT BAĞLARI SALINIR

Qax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu günlərdə “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə rayona daha 42 min ədəd tut tingi gətirilmiş və bu sahə ilə məşğul olan kənd adamlarına, fermerlərə paylanılmışdır. Yeni gətirilmiş tinglər artıq bağ sahələrinə köçürülmüşdür.

Qeyd edək ki, 2004-2005-ci illərdə səhmdar cəmiyyətin yaxından köməyi ilə rayonun təsərrüfatlarında 194 min ədəd tut tingi basdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2005-ci ildə rayonun kümdarları 8,1 ton yüksəkkeyfiyyətli barama məhsulu istehsal etmişlər. Bu, əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Bundan əlavə, ötən il uzun fasilədən sonra fəaliyyətini bərpa etmiş Qax damazlıq və ipəkçilik stansiyasında səhmdar cəmiyyət tərəfindən aparılan əsaslı təmir-tikinti işləri də başa çatdırılmış və müəssisədə respublikamızın barama zavodlarına satılmaq üçün 35 kiloqram damazlıq ipək qurdu toxumu hazırlanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.