ELM VƏ TƏHSİL
QAX MƏKTƏBLƏRİNİN MƏZUNLARINDAN 139 NƏFƏRİ ALİ MƏKTƏBLƏRƏ DAXİL OLMUŞDUR
Yeni dərs ilinə hazırlıqla əlaqədar Təhsil Nazirliyindən ibtidai siniflər üçün 28 milyon manat dəyərində 12 min nüsxə dərslik gətirilmişdir ki, bu da tələbatı tam ödəyir. Bundan əlavə, xeyli sayda yazı taxtası, stul və parta alınaraq məktəblərə paylanmışdır.
Məktəblərin cari təmiri üçün də müvafiq tədbirlər görülmüşdür. Bu məqsədlə büdcədən 120 milyon manat və ya ötən ildəkindən 77 milyon manat çox vəsait ayrılmışdır. Ayrılmış vəsaitlə16 məktəb, 2 uşaq bağçası təmir olunmuşdur. Bələdiyyə orqanlarının, pedoqoji kollektivlərin və valideynlərin köməyi sayəsində də rayonun bir sıra məktəblərində cari təmir işləri aparılmışdır.
Rayon rəhbərliyi ali məktəblərə qəbul zamanı yüksək bal toplamış 5 nəfər məzuna icra hakimiyyəti adından qiymətli hədiyyələr vermişdir. Bir qrup qabaqcıl müəllimə isə təhsil şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları və pul mükafatları təqdim olunmuşdur.