SİYASƏT
QAX RAYONUNUN MÜHARİBƏ VETERANLARI DAĞIDICI MÜXALİFƏTİN ƏMƏLLƏRİNİ QƏTİYYƏTLƏ PİSLƏYİRLƏR
Möhtərəm Prezidentimizin səhhəti ilə bağlı müxalifət qəzetlərində dərc edilmiş böhtan və yalanlar bizi – Qax rayonunda yaşayan müharibə veteranlarını hədsiz dərəcədə hiddətləndirmişdir.
Xalqımıza yaxşı məlumdur ki, Prezidentimiz Heydər Əliyevin Vətən qarşısında, müstəqil Azərbaycanımız qarşısında tarixi xidmətləri var və biz müharibə veteranları bu xidmətləri aydın görür və yüksək qiymətləndiririk.
Dünyanın məşhur siyasətçilərindən biri olan Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızın parçalanmasının, alovlanmaqda olan vətəndaş müharibəsinin qarşısını almış, Azərbaycanın müstəqilliyini qoruyaraq, onu inkişaf etmiş azad, demokratik bir ölkəyə çevirmişdir.
İndi ölkəmizin Prezidentinə qara yaxan, görülən işlərin üzərinə kölgə salmağa çalışan, milli-mənəvi dəyərlərimizə xor baxan müxalifət qüvvələri unudurlar ki, hakimiyyətdə olduqları dövrdə Azərbaycanda yaratdıqları qarşıdurmaya görə xalqın qisasından qurtulmaq üçün Heydər Əliyevdən Bakıya gəlib respublikaya rəhbərlik etməsini dəfələrlə xahiş etmişdilər. Müdrik siyasətçi ölkənin ağır vəziyyətini nəzərə alaraq, xalqın təkidli tələbindən sonra bu xahişə əməl etdi.
Onlar başa düşmək və etiraf etmək istəmirlər ki, Heydər Əliyev doğma Azərbaycanımızın müstəqilliyinin qorunması, günahsız qanlar tökülməsinin qarşısının alınması, ictimai-siyasi sabitlik yaranması, quruculuq işləri görülməsi üçün nə qədər məqsədyönlü tədbirlər həyata keçirmişdir.
Məhz möhtərəm Prezidentimizin yaratdığı ictimai-siyasi sabitliyin, sağlam mənəvi mühitin, siyasi, hüquqi və iqtisadi bazanın nəticəsidir ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, Qax rayonunda da böyük quruculuq işləri aparılır.
Biz dövlətimizin başçısının daxili və xarici siyasətini bəyənir, dəstəkləyirik, ona daim yardımçı, arxa-dayaq olmağa söz veririk. Həmçinin söz veririk ki, növbəti prezident seçkilərində məhz Heydər Əliyevin namizədliyini dəstəkləyəcəyik.
Respublikamızın əlaqədar səlahiyyətli orqanlarından isə xahiş edirik ki, dövlətimizin rəmzi, türk dünyasının ağsaqqalı, dahi şəxsiyyət, möhtərəm Prezidentimiz Heydər Əliyevə böhtan atanlar qanunun tələblərinə uyğun olaraq cəzalandırılsınlar.
Rayonun müharibə veteranları adından:
Əli Osman oğlu Babayev, Aslan Səfər oğlu Əlibəyov,
Fərrux Soltan oğlu Abdullayev, Əhmədiyyə Nəzər oğlu
Qurbanov, Hacıyunus Rüstəm oğlu Nəbiyev, İbrahim
Məmmədhəsən oğlu Hüseynov, Məmməd İsa oğlu Eminli,
Əkrəm Soltan oğlu Hacıyev, Nurullah Abdulla oğlu Sofiyev,
İlyas Mahmud oğlu Bəkirov, Feyzullah Süleyman oğlu
Züliyev, Sərdar Yusif oğlu Məmmədov, Məmməd Şaban
oğlu Bilalov, Məmməd Əli oğlu Məmmədov, Hacımurad
Məhəmməd oğlu Mahmudov, Hüseyn Qurban oğlu
Aşurov, Qədir Məmməd oğlu Əhmədov, Rəsul Məmməd
oğlu Abdullayev, Nəcbəddin Ata oğlu Məmmədov, İbadulla
Cəbrayıl oğlu Məmmədov, Murad Soltan oğlu Xəlilov,
Niyazi Nəzir oğlu Quliyev, Osman Ağabəy oğlu Qazıyev,
Həşim Həmid oğlu Cəlilov, Feyzullah Oruc oğlu Nəbiyev,
Məmməd Cəbrayıl oğlu Məmmədov, Məmməd Qoca oğlu
Kərimov, Nəzir Məmməd oğlu Muradov, Əlim Yusif oğlu
Hacıyev, Fikrət Həkim oğlu Yusifov
Cəmi 90 nəfər.