REGİONLAR


QAZAXDA TAXIL BİÇİNİNƏ BAŞLANMIŞDIR

Artıq bir neçə gündür ki, Qazax rayonunda sahibkarlar taxıl biçininə başlamışlar. Rayon aqrar islahat şöbəsindən müxbirimizə bildirmişlər ki, biçin kampaniyası mütəşəkkil təşkil olunub və 63 kombayn iştirak edir. Sahibkarlar əkdikləri 8 min 205 hektar arpanın artıq 2 min hektardan çoxunu biçmişlər. Hər hektardan orta hesabla 24 sentner məhsul götürülür ki, bu da keçən illə müqayisədə 3 sentner çoxdur. Bu günlərdə sahibkarlar əkdikləri 6 min 447 hektar buğdanın da biçininə başlayacaqlar. Mütəxəssislərin rəyinə görə, hər hektardan 30 sentner məhsul gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.