İQTİSADİYYAT
QAZAXISTAN BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNƏ QOŞULMAQ NİYYƏTİNDƏDİR
Qazaxıstanın “QazMunayQaz” Milli Neft-Qaz Şirkətinin prezidenti Ləzzət Kiinov fevralın 26-da Astanada keçirilmiş mətbuat konfransında bildirmişdir ki, şirkət bu ölkənin Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulması barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri və layihənin digər iştirakçıları ilə danışıqlar aparmaq niyyətindədir.
“İnterfaks” agentliyi xəbər verir ki, Qazaxıstan bütün maraqlı tərəflərin martın 10-12-də keçirilməsi nəzərdə tutulmuş görüşü üçün lazımi sənədləri hazırlamışdır. L.Kiinov demişdir ki, Qazaxıstan neft kəmərinin tikintisində Bakı-Tbilisi-Ceyhan Konsorsumunun tam hüquqlu üzvü kimi iştirak etmək istəyir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:00]
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
- 25.04.2024 [19:38]
® “Bakcell” ilə innovasiya dövrü başlayır!
- 25.04.2024 [19:18]
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
- 25.04.2024 [18:40]