DÜNYA
QAZAXISTAN “DNEPR” RAKETİNİN QƏZAYA UĞRAMASINDAN DƏYMİŞ ZİYANI MÜƏYYƏN ETDİ
Onun sözlərinə görə, mütəxəssislər hesab edirlər ki, daşıyıcı raketin qəzaya uğramasının səbəb olduğu mənfi proseslər vilayətin bütün Karmakşın rayonunu əhatə edə bilər. “Dnepr”in istifadə etdiyi heptil və digər toksik yanacaq torpağı zəhərləmişdir.
Adırbekov demişdir ki, üç elmi tədqiqat institutunun mütəxəssisləri ilə əldə edilmiş razılaşmaya əsasən, onlar raketin düşdüyü yerdə torpaq, su və hava nümunələri götürəcəklər.
Bundan başqa, Qızıl Orda vilayətinin deputatları Qazaxıstan hökumətinə müvafiq məktubla müraciət etmək niyyətindədirlər.
Xatırladaq ki, 18 mikropeyk yüklənmiş “Dnepr” daşıyıcı raketi iyunun 26-da Baykonur kosmodromundan start götürmüş, lakin 86-cı saniyədə onun mühərrikləri sıradan çıxmışdır. Raketin düşdüyü və partladığı yerdə əmələ gələn çuxurda aşkar edilən heptilin konsentrasiya dərəcəsi yol verilən son həddən min dəfə artıq olmuşdur. Rusiya Kosmik Agentliyi bildirmişdir ki, “Dnepr”in qəzaya uğraması ilə əlaqədar ziyan dəydiyi təsdiq edilərsə, Rusiya Qazaxıstana kompensasiya ödəyəcəkdir. Qazaxıstan ilkin ziyanı 1,6 milyon dollar məbləğində qiymətləndirmişdi.