DÜNYA
QAZAXISTAN PARLAMENTİ ETNİK QAZAXLARIN VƏTƏNƏ DÖNMƏSİ ÜÇÜN VƏSAİTİN ARTIRILMASINA ÇALIŞIR
AZƏRTAC-ın Astanadan aldığı xəbərə görə, Qazaxıstan parlamenti aşağı palatasının - məclisin sədri Jarmaxan Tuyakbay Özbəkistandakı hadisələrlə əlaqədar oralmanların (tarixi vətənlərinə dönmək istəyən etnik qazaxları, digər ölkələrin vətəndaşlarını belə adlandırırlar) Qazaxıstana qayıtması üçün vəsaitin artırılması xahişi ilə Baş nazir Danial Əhmədova deputat sorğusu göndərmişdir.
J.Tuyakbay jurnalistlərə bildirmişdir ki, Özbəkistanda baş verən hadisələr nizam-intizamın, qayda-qanunun daha da sərtləşdirilməsini, təhlükəsizliyin gücləndirilməsi üçün daha qəti tədbirlər görülməsini tələb edir. Bütün bu hadisələrdən, hər şeydən əvvəl, sıravi vətəndaşlar, o cümlədən Özbəkistanda yaşayan qazax diasporu əziyyət çəkir. Həmvətənlərimizin taleyi bizi narahat edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]