DÜNYA
QAZAXISTAN PREZİDENTİ QIRĞIZISTANDA SƏFƏRDƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Qırğızıstana rəsmi səfəri başa çatmışdır.
Tərəflər siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi, Qırğızıstan iqtisadiyyatına sərmayə qoyuluşu və bir sıra digər məsələləri müzakirə etmişlər.
Sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev bildirmişdir ki, mən Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Orta Asiya dövlətlərinin ittifaqını yaratmaq ideyasını bəyənirəm. Əgər biz belə bir birlik yarada bilsək, xalqlarımız bundan ancaq qazana bilər.
Qazaxıstan Prezidenti qeyd etmişdir ki, ölkəsi Qırğızıstan iqtisadiyyatına bir milyard dollar sərmayə qoymağa hazırdır. Ancaq bunun üçün ölkənizdə sabitlik olmalıdır.
Prezidentlər demişlər ki, ölkələr arasında Dövlətlərarası Ali Şura və Xarici İşlər Nazirləri Şurasının yaradılması haqqında razılıq əldə olunmuşdur və elə bilirik ki, bu, əlaqələrimizin inkişafına təkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]