DÜNYA
QAZAXISTAN “ŞKODA” AVTOMOBİLLƏRİ BURAXACAQ
Qazaxıstanın Baş naziri Danial Axmetov “Şkoda” firmasının idarə heyətinin sədri Vratislav Kulxaneklə görüşmüşdür. Onlar Qazaxıstan müəssisələrinin birində “Şkoda” markalı avtomobillər yığmaq üçün komplektləşdirici avadanlıq göndərilməsi məsələsini müzakirə etmişlər.
Layihə həyata keçirilərsə, bu, Qazaxıstanda ikinci belə müəssisə olacaqdır. Bu ilin əvvəlində Ust-Kamenoqorskda “VAZ” avtomobilləri buraxan “Asiya avto” müəssisəsi artıq işə başlamışdır. Müəssisə Rusiyanın “AvtoVAZ” şirkəti ilə Qazaxıstanın “Bipek Avto” şirkəti arasında əldə edilmiş razılıq əsasında yaradılmışdır. 9 milyon dollar sərmayə qoyulmuş zavodun istehsal gücü ildə 10 min maşın buraxmağa imkan verəcəkdir. Avtomobil zavodunun ikinci növbəsini işə salmaq üçün əlavə 35 milyon dollar sərmayə ayırmaq nəzərdə tutulmuşdur. Bu isə ildə 45 min avtomobil buraxmağa imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]
Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır
- 24.04.2024 [11:17]
Filippində istidən altı nəfər ölüb
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]