QƏZA NƏTİCƏSİNDƏ 6 NƏFƏR HƏLAK OLMUŞ VƏ BİR NƏFƏR YOXA ÇIXMIŞDIR
AzerTAg.az
Paraşütdən tullanma sınaqlarında iştirak edən və göyərtəsində 7 nəfərin olduğu “Le Kaza 235” tipli hərbi təyyarə Fransanın Vikdesos vadisindəki Ariejin Piulu zirvəsinə dəyərək qəzaya uğramışdır. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hadisə yerinə gəlmiş xilasedicilər 6 nəfərin cəsədini aşkar etmişlər. Bir nəfər isə itkin düşmüşdür. Qəza baş vermiş sahədə ilkin axtarışlar heç bir nəticə verməmişdir.
Fransa Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, sərnişinləri 4 ekipaj üzvündən və 3 paraşütçüdən ibarət olan təyyarənin uçduğu vaxt hava şəraiti çox yaxşı olmuş, maşında isə heç bir nasazlıq nəzərə çarpmamışdır.
Qəribə şəraitdə zirvəyə dəyərək parçalanmış təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.
Xəbərin mətnində orfoqrafik səhv var