İQTİSADİYYAT
QAZ EMALI ZAVODU YARIM İLDƏ 1 MİLYON 37 MİN KUBMETR TƏBİİ YANACAQ ALMIŞDIR
Dövlət Neft Şirkətindən AZƏRTAC-a daxil olan məlumata görə, Azərbaycan Qaz Emalı Zavodu cari ilin iyun ayında 175,7 min kubmetr, yarım ildə isə 1 milyon 37,2 min kubmetr təbii yanacaq almışdır. Bu, müvafiq surətdə aylıq proqnozun 89,1, yarımillik tapşırığın isə 87,1 faizi deməkdir. Zavodun ay ərzində aldığı təbii qazın 127,8 min kubmetri “Azneft” İstehsalat Birliyinin neft-qaz çıxarma idarələrinin, 47,9 min kubmetri isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşür. Bu ilin altı ayında neft-qaz çıxarma idarələri zavoda 684,4 min, konsorsium isə 352,8 min kubmetr “mavi yanacaq” təhvil vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]