İQTİSADİYYAT
QAZ HASİLATININ HƏCMİ ARTMIŞDIR
Azərbaycanda ilin əvvəlindən 3,428 milyard kubmetr qaz hasil edilmişdir ki, bu da nəzərdə tutulduğundan 2,6 faiz çoxdur. Bunun 2,766 milyard kubmetri ARDNŞ-in payına düşmüş, 662,1 milyon kubmetrini isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti çıxarmışdır. Müştərək müəssisələr 72,8 milyon kubmetr qaz hasil etmişlər.
ARDNŞ-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, proqnozlara görə, bu il təbii qaz hasilatı 5,04 milyard kubmetr təşkil edəcək və bunun 890 milyon kubmetrini ABƏŞ, 4,15 milyard kubmetrini isə ARDNŞ verəcəkdir.
Səngəçalda neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində qurğu quraşdırıldıqdan sonra respublika əlavə mavi yanacaq alacaqdır. Hazırda terminala daxil olan neftin hamısı sudan və qazdan ayrılma prosesi keçir. Bu zaman alınan qaz yandırılır. Yeni qazqurutma qurğu qurulması isə qazı yandırmadan birbaşa ARDNŞ-ə ötürməyə imkan verəcəkdir. ARDNŞ isə, öz növbəsində, qazı istehlakçılara çatdıracaqdır.