SİYASƏT


QDİƏT Parlament Məclisinin Baş katibi: Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu quruma öz layiqli töhfələrini verir

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi artıq 3 ildir öz layiqli sözünü deyir və töhfələrini verir. Qoşulmama Hərəkatı dünyada mövcud olan böyük təşkilatlardan biridir. Bu, bir gücdür.

Bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş katibi Asəf Hacıyev AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Ölkəmizin enerji sahəsində strateji və etibarlı tərəfdaş olduğunu qeyd edən Baş katib deyib: “Düşünürəm ki, yaxşı hər şeyin əsasında mədəniyyət durur. Azərbaycan mədəni dəyərlərə malik olan ölkədir. Bu kontekstdə bizim mədəniyyətimiz həm Avropa, həm də Asiya dəyərləri ilə zəngindir.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı dünyada mövcud olan peyvənd millətçiliyini qınayaraq COVID-19 pandemiyasına qarşı vaksinlərin ədalətsiz bölüşdürülməsi məsələsini gündəmə gətirdi. Dövlətimizin başçısı bununla bağlı qətnamə qəbul olunmasını təklif etdi. BMT-nin üzvləri də bu qərarı dəstəkləyərək qətnaməni qəbul etdilər”.

Dünyada Azərbaycanın nüfuzunun getdikcə artdığını vurğulayan A.Hacıyev qeyd edib ki, ölkənin dünyada gücü onun intellekti ilə ölçülür. Prezident İlham Əliyev də müdrik siyasətçi olmaqla bərabər, güclü intellektə malik, hərtərəfli şəxsiyyətdir. Azərbaycan böyük addımlarla irəliləyir və daha da irəliləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.