SİYASƏT


QDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 14-də Bakıda keçiriləcək

Bakı, 1 noyabr, AZƏRTAC

Dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sofiyada keçirilən Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclasında məlumat verib.

Xatırladaq ki, Azərbaycan QDİƏT-ə sədrliyi bu ilin iyun ayında qəbul edib. Nazir Elmar Məmmədyarov bildirib ki, təşkilata sədrlik dövründə prioritet regionda nəqliyyat qovşağının inkişafı olacaq. Onun sözlərinə görə, Azərbaycan bu müddətdə turizm, kənd təsərrüfatı, rabitə kimi sahələrin inkişafına da xüsusi diqqət yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.