ELM VƏ TƏHSİL


QEYRİ-ADİ KOSMİK HADİSƏNİ GÖRMƏK İSTƏYƏNLƏR ALMANİYAYA TOPLAŞIRLAR

Berlindən verilən xəbərlərə görə, bir sıra ölkələrin astronomları, elmi tədqiqat institutlarının nümayəndələri qeyri-adi kosmik hadisənin şahidi olmaq üçün bu günlər Almaniyaya toplaşırlar. Mars planetinin kiçik çəhrayı-qırmızı diski onlarda böyük maraq doğurur. Bu günlər Mars Almaniyanın gecə səmasında ən parlaq ulduzdan daha gur işıq saçır. İndi yaxşı hava şəraitində Marsı adi gözlə görmək mümkündür, balaca bir binoklu olanlar isə “qırmızı planet”in mənzərəsinin bəzi detallarını müşahidə edə bilirlər.

Astronomların hesablamalarına görə, avqustun 27-də Yerlə “qırmızı planet” arasında məsafə azalıb 55,76 milyon kilometrə çatacaqdır. Kosmik qonşumuz Yer planetinə son 60 000 ildə ilk dəfə olaraq belə yaxın gəlir.

Xatırladaq ki, Marsın Yer kürəsindən maksimum uzaqlığı təxminən 400 milyon kilometrdir.

Bu nadir hadisəni Almaniyada 160-dan çox elmi müəssisə müşahidə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.