Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

QEYRİ-NEFT SEKTORUNU İNKİŞAF ETDİRMƏK, İQTİSADİYYATI ŞAXƏLƏNDİRMƏK VƏ DAXİLİ TƏLƏBATI YERLİ İSTEHSAL HESABINA TƏMİN ETMƏK İQTİSADİ SİYASƏTİMİZİN ƏSAS MƏQSƏDİDİR ƏLİ BAYRAMLI ŞƏHƏR İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Əziz bacılar və qardaşlar!

Sizin hamınızı ürəkdən salamlayıram, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bildiyiniz kimi, Azərbaycanda artıq iki ildir regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilir və demək olar ki, bütün ölkəmizi əhatə edir. Mən çox şadam və çox sevinirəm ki, Əli Bayramlı şəhərində də bu proqram uğurla icra edilir. Məndə olan məlumata görə, bizə daxil olan məktublara əsasən deyə bilərəm ki, Əli Bayramlı son müddət ərzində çox inkişaf edibdir. Burada çoxlu abadlıq, quruculuq işləri aparılıbdır, yeni yollar, xiyabanlar salınıb, şəhər abadlaşıbdır. Bu, məni çox sevindirir. Çünki mənim istəyim, arzum məhz bundan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi, hər bir şəhəri gözəlləşsin, abadlaşsın, insanların həyat səviyyəsi yaxşılaşsın, insanlara göstərilən xidmətin səviyyəsi yüksəlsin və beləliklə, Azərbaycan hərtərəfli inkişaf etsin, möhkəm, qüdrətli bir dövlətə çevrilsin. Bunu təmin etmək üçün, şübhəsiz, bütün bölgələr inkişaf etməlidir. Şəhərlə kənd arasında fərq azalmalıdır. Əlbəttə ki, miqrasiya məsələləri də tənzimlənməlidir və bütün yerlərdə, bütün bölgələrdə iş yerləri açılmalıdır, yeni imkanlar yaradılmalıdır.

Bilirsiniz ki, iş yerlərinin açılması ilə bağlı proqram uğurla icra edilir. Son iki il ərzində 350 minə qədər yeni iş yeri açılmışdır. Bu iş yerlərinin yaranması insanlarımızın həyat səviyyəsini yaxşılaşdırır, yoxsulluğu azaldır. Əgər iki il bundan əvvəl Azərbaycanda yoxsulluq səviyyəsində yaşayanlar 49 faiz idisə, bu gün 29 faizdir və əminəm ki, gələn il bu faiz daha da aşağı düşəcəkdir. Çünki bizim iqtisadi inkişafımız, onun dinamik sürəti bunu təmin edəcəkdir.

Bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatı dünyada ən yüksək sürətlə inkişaf edir. Başqa elə ölkə yoxdur ki, onun iqtisadiyyatı ildə 26 faiz artsın. Keçən il bizdə iqtisadiyyat 26 faizdən çox artmışdır. Bu ilin artıq birinci aylarında, yanvar-fevral aylarında artım 50 faizə qalxmışdır. Bu o deməkdir ki, büdcəmiz artacaq, imkanlar artacaq, abadlıq, quruculuq işlərinə daha da böyük vəsait qoyulacaqdır.

Bilirsiniz ki, indi bölgələrdə məktəb tikintisi sürətlə gedir. Təkcə keçən il ərzində 300–dən çox yeni məktəb tikilib, əlavə korpuslar tikilib və əsaslı təmir edilmişdir. Onu da bilirsiniz ki, bütün respublikada idman kompleksləri tikilir. İndi yeni proqram icra olunur və biz buna başlamışıq - bütün bölgələrdə yeni müasir tibb ocaqları yaradılmalıdır. Çünki bizim insanlarımıza ən yüksək səviyyədə tibbi xidmət göstərilməlidir. Bu məqsədlə ölkəmizin müxtəlif yerlərində müasir müalicə-diaqnostika mərkəzləri tikilməyə başlanmışdır. Belə diaqnostika mərkəzlərindən birinin də təməl daşını bu gün Əli Bayramlıda qoyacağıq. Çünki mən göstəriş vermişəm ki, mütləq Əli Bayramlıda ən müasir tələblərə cavab verən tibb mərkəzi tikilib istifadəyə verilsin.

Bir sözlə, bizim bütün sosial proqramlarımız var və onların təməlində iqtisadi güc dayanır. İqtisadi gücü də biz birlikdə yaratmalıyıq. Qəbul edilmiş proqramlar, bizim cəsarətli iqtisadi islahatlarımız, iqtisadiyyatın liberallaşması, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı və onlara dövlət tərəfindən verilən dəstək, kreditləşdirmə siyasəti, ipoteka mexanizmi - bütün bunlar ölkəmizi inkişaf etdirir. Nəzərə alsaq ki, Azərbaycanın çox zəngin neft-qaz yataqları var, təsəvvür etmək çətin deyil ki, yaxın zamanlarda, bir neçə ildən sonra ölkəmiz qüdrətli dövlətə çevriləcəkdir.

Ulu öndər Heydər Əliyevin neft strategiyası bunu təmin edir, əsas amil budur və 1994-cü ildən indiyə qədər görülmüş işlər bizə imkan verir ki, həm ölkə iqtisadiyyatına çox böyük həcmdə sərmayə qoyulsun, həm də bizim Neft Fondumuzda kifayət qədər vəsait toplansın. Bütövlükdə, bu gün Azərbaycanın valyuta ehtiyatları təxminən 2,5 milyard dollar səviyyəsindədir. Bu, çox böyük məbləğdir və bizə imkan verir ki, bütün sosial proqramları həll edək, maaşları, pensiyaları və digər sosial müavinətləri qaldıraq, insanlar daha da yaxşı yaşasınlar. Bir tərəfdən, artan iqtisadi potensial, iqtisadi islahatlar, bizim iqtisadi siyasətimiz, digər tərəfdən, sosial siyasət buna şərait yaradır. Azərbaycanda sosial siyasət mütləq və mütləq güclənməlidir. Çünki biz xalq üçün yaşayırıq, xalq üçün çalışırıq və əsas məqsədimiz bundan ibarətdir.

Mən xatırlayıram, prezident seçkiləri ərəfəsində Əli Bayramlı şəhərində olarkən sizinlə görüşdə demişdim, əgər mənə etimad göstərilərsə, var gücümlə çalışacağam ki, Azərbaycan daha da möhkəmlənsin və xalqımız daha yaxşı yaşasın. Görürsünüz ki, qəbul edilmiş bütün proqramlar həyatda öz həllini tapır. 350 min iş yerinin açılması özlüyündə çox böyük göstəricidir.

Mən bu gün səhər İmişlidə idim. İmişlidə bölgədə, bütün bu regionda ən böyük şəkər zavodu tikilib istifadəyə verilibdir. O zavodda bilavasitə işləyənlərin sayı təxminən 1500 nəfər, onun fəaliyyəti ilə əlaqədar işlə təmin olunan insanların sayı 150 min nəfər olacaqdır. Yəni 150 min insan o zavodun fəaliyyətindən xeyir götürəcək, maaş alacaq və beləliklə, öz rifah halını yaxşılaşdıracaq, eyni zamanda, ölkə xəzinəsinə vergilər şəklində külli miqdarda vəsait daxil olacaqdır. Orada xarici mütəxəssislər də var idi, onlardan soruşdum ki, regionda, keçmiş sovet respublikaları məkanında buna bənzər zavod tikilibmi? Mənə dedilər ki, nəinki tikilib, olan zavodlar da dağıdılıbdır. Amma Azərbaycanda ən yüksək texnologiyaya malik böyük zavod tikilibdir. Bu, bizim sənaye potensialımızı möhkəmləndirir, iqtisadi artımı təmin edir və beləliklə, ölkə hərtərəfli inkişaf edəcəkdir.

Əli Bayramlının da böyük tarixi var, Azərbaycanda böyük yeri var. Görəndə ki, şəhər abadlaşır, xiyabanlar salınır, yeni binalar tikilir - bu, məni çox sevindirir. Bir daha qeyd etmək istəyirəm ki, burada gedən işlərdən mən çox razıyam.

Mən, adətən, öz çıxışlarımda tərifə çox yer ayırmıram. Daha çox nöqsanlara, problemlərə diqqəti cəlb edirəm. Çünki Azərbaycanda problemlər hələ çoxdur, biz bunları həll etməliyik və sürətlə həll etməliyik. Dediyim kimi, bütün istiqamətlərdə bu proseslər gedir. Həm dövlət müstəqilliyimizin möhkəmlənməsində, həm də iqtisadi potensialın artımında, ordu quruculuğunda, sosial məsələlərin həllində, xarici siyasətimizin icrasında – bütün bu istiqamətlərdə proseslər müsbət istiqamətdə gedir. Amma bununla yanaşı, problemlər də var və əhalinin 29 faizinin yoxsulluq səviyyəsində yaşaması ən böyük problemdir. İşsizlik məsələsi öz həllini tapır. Ancaq hələ Azərbaycanda kifayət qədər işsiz adam var. Biz onları işlə təmin etməliyik. Yeni iş yerləri, müəssisələr açılmalıdır. Yəni kifayət qədər problemlər var və mən daim bütün diqqəti bu problemlərin həll olunmasına cəlb edirəm. Amma bununla yanaşı, gərək müsbət təcrübə də təbliğ olunsun. Harada iş yaxşı gedirsə, o yerlərdə inkişafı təmin edən insanların da fəaliyyəti gərək layiqincə qiymətləndirilsin. Mən ədalətin tərəfdarıyam və həmişə çalışmışam ki, Azərbaycanda sosial ədalət prinsipi ən yüksək səviyyədə olsun, pozulmasın. Biz gedən bütün proseslərə obyektiv qiymət verməliyik. Onu da qeyd etməliyəm ki, çox şey yerlərdə işləyən insanlardan asılıdır. Biz bütün proqramları qəbul etmişik. Onlar çox konkret, müfəssəl proqramlardır. Demək olar ki, hər bir rayona aid olan ən ciddi problemlər və onların həlli yolları təsbit edilibdir. Ancaq əgər yerlərdə onlar lazımi səviyyədə icra olunmasa, bizim işimiz yaxşı gedə bilməz. Yerlərdə gedən işlərdən, yerli məmurlardan, yerli rəhbərlərdən çox şey asılıdır. Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borcuna vicdanla yanaşsın, tapşırılan sahədə yaxşı işləsin, insanları narahat edən problemləri həll etsin. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin.

Mən rayonlarda olarkən çoxlu ərizələr, məktublar alıram və onlar da təhlil edilir. Sonra mən insanları narahat edən əsas problemlərə baxıram. Sizə deyə bilərəm, əgər o məktubların təhlilini aparsaq görərik ki, şikayət xarakterlilər azlıq təşkil edir. Şikayətlər ildən-ilə azalır. Bu onu göstərir ki, insanları narahat edən problemlər öz həllini tapmağa başlayıbdır. Məktublarda daha çox müəyyən xahişlər var, sağlamlıqla bağlı məsələlər var, ailə məsələləri var. Buna baxmayaraq, hər bir məktuba gərək diqqətlə yanaşaq. Çünki əgər insanı nəsə narahat etmirsə, o, heç vaxt gedib yağışda, yaxud da günün altında Prezidenti saatlarla gözləməyəcək ki, məktub çatdırsın. Əgər nəsə narahat edirsə, gərək biz araşdıraq, bilək ki, nə narahat edir. Elə problem yoxdur ki, öz həllini tapa bilməsin. Xüsusilə indiki zamanda. Azərbaycanın iqtisadi potensialı möhkəmlənir. Bizim büdcəmiz son üç ildə üç dəfə artıbdır. Bu, ümumiyyətlə, tarixdə görünməmiş bir hadisədir. 1 milyard 200 milyon dollardan gəlib bu il 4 milyard dolları ötübdür. Gələn il daha da artacaqdır. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız artıqca, bütün problemlər də öz həllini tapmalıdır.

İndi əsas diqqət infrastruktur layihələrinə yönəldilməlidir. Yol təsərrüfatı yeniləşməlidir, həm magistral yollar, həm də şəhərdaxili yollar yüksək səviyyədə olmalıdır. Mən indi buraya gələrkən fikir verdim ki, çox keyfiyyətli yeni yollar salınır və gərək şəhərin bütün yolları bu səviyyədə olsun. Əlavə nə qədər vəsait lazımdırsa, mən onu da ayracağam.

Elektrik enerjisi ilə təminat yaxşılaşmalıdır. Bilirsiniz ki, bizim proqramımızda Əli Bayramlı elektrik stansiyasının yenidən qurulması məsələsi də dayanır və onu da həll edəcəyik. Su təchizatı, istilik sisteminin bərpası və qazlaşdırma Azərbaycanı tam şəkildə əhatə etməlidir. Beləliklə, bütün infrastruktur layihələri öz həllini tapandan sonra, əlbəttə ki, inkişaf daha da sürətlə gedəcəkdir.

Bununla yanaşı, məktəb xəstəxana tikintisi, digər sosial obyektlərin tikintisi və təmiri diqqət mərkəzindədir. Mən göstəriş vermişəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün mədəniyyət ocaqları təftiş edilsin. Çünki onların böyük əksəriyyəti artıq yararsız vəziyyətə düşüb, uzun illər təmirsiz qalıbdır. Onlar da Bakıda və bütün bölgələrdə təmir olunmalıdır. Bunu etmək üçün bizim iqtisadi imkanlarımız var. Sadəcə olaraq, gərək insanlar bunu ürəklə etsinlər. Gərək can yandırsınlar, necə deyərlər, bunu əsas vəzifə kimi qəbul edib, icrasını təmin etsinlər. Çünki bütün lazımi göstərişlər verilib, lazım olan proqramlar qəbul edilibdir. Qalır, ancaq bunları yerinə yetirmək. Bunların da yerinə yetirilməsində bütün cəmiyyət, biz hamımız - yerli icra orqanları, ictimai xadimlər, əhali, bütün xalq iştirak etməlidir. Çünki bu, bizim Vətənimizdir, Azərbaycan bizim doğma torpağımızdır, yurdumuzdur və bu ölkəni özümüz, ancaq özümüz inkişaf etdirməliyik.

Azərbaycan müstəqilliyini əldə edəndən sonra, demək olar ki, bütün respublikalardan fərqli olaraq, ən çətin vəziyyətdə idi. İqtisadiyyat dağılmışdı, vətəndaş qarşıdurması, anarxiya, xaos hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi. Torpaqlarımız işğal altına düşürdü. Biz o xaosdan, anarxiyadan yalnız və yalnız Heydər Əliyevin fəaliyyəti nəticəsində, müdrikliyi, cəsarəti nəticəsində çıxa bildik. O, çox çətin bir dövr idi. Sizə deyə bilərəm ki, Azərbaycan öz problemləri ilə faktiki olaraq təkbaşına qalmışdı. Biz heç bir yerdən lazımi səviyyədə nə kömək, nə bir yardım, nə də dəstək almadıq. Qonşularla müqayisədə, bəlkə də, on dəfə az aldıq. Bunun səbəbləri var, mən onları xırdalamaq istəmirəm. Amma biz anladıq və dərk etdik ki, müqəddəratımız öz əlimizdədir. Azərbaycan necə olacaq, necə inkişaf edəcək, dünyada hansı yeri tutacaq, bölgədə hansı yeri tutacaq, bu, bizdən asılıdır. O illər ərzində görülmüş işlər bu gün Azərbaycanı bölgədə lider dövlətə çeviribdir. İqtisadi inkişaf sürətinə görə biz dünyada birinci yerdəyik. Bölgədə Azərbaycanla rəqabət aparmaq iqtidarında başqa bir ölkə yoxdur və getdikcə bizim imkanlarımız, gücümüz artacaqdır. Beləliklə, bizim milli maraqlarımız daha da hərtərəfli və dolğun şəkildə öz əksini tapacaqdır. Yəni bizim taleyimiz özümüzdən asılıdır. Biz necə işləyəcəyik, bütün proqramları necə icra edəcəyik, ölkə o cür də inkişaf edəcək, vətəndaşlar da elə yaşayacaqlar.

İndi Azərbaycandakı minimum əməkhaqqı bizi qane etmir. Düzdür, son bir neçə il ərzində dəfələrlə artıbdır. Amma yenə də bu, insanın minimum tələbatını ödəmirsə, deməli, bizi qane edə bilməz. Ona görə hökumət qarşısında vəzifə qoyulubdur ki, hesablansın və təkliflər verilsin, gərək qısa müddət ərzində Azərbaycanda minimum əməkhaqqı insanın minimum tələbatını ödəmək üçün uyğunlaşdırılsın. Bunu da təmin edəcəyik. Büdcəmiz getdikcə artdıqca, iqtisadi potensialımız möhkəmləndikcə bütün problemlər öz həllini tapacaqdır.

Əgər bu gün belə gözəl inkişaf dinamikasını yaşayırıqsa, təsəvvür edin, Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən sonra bizi nələr gözləyir. Ölkəmizə milyardlarla dollar gələcəkdir. Neftdən gələn gəlirlərin hamısı şəffaf şəkildə saxlanılır, xalq məlumatlandırılır və bütün gəlirlər haqqında, bütün xərclər haqqında məlumat mütəmadi qaydada dərc edilir. Çünki bu şəffaflıq olmalıdır. İnsanlar bilməlidirlər ki, ölkə xəzinəsində nə qədər vəsait var, nə qədər pul var və haraya xərclənir. Bildiyiniz kimi, xərclər ancaq büdcə hesabına aparılır, yəni Milli Məclis büdcəni təsdiq edəndə bütün xərclər orada nəzərdə tutulur.

Beləliklə, həm iqtisadi, həm də sosial problemlərin həlli Azərbaycanı qısa müddət ərzində zəngin, qüdrətli dövlətə çevirəcəkdir. Mənim məqsədim isə məhz bundadır və eyni zamanda, çox istəyirəm ki, bütün bölgələr inkişaf etsin. Məsələn, biz neft-qazla zəngin olan bəzi ölkələrin təcrübəsini öyrənmişik, bilirik. Onlarda vəziyyət o qədər də ürəkaçan deyil, sosial ədalətsizlik var, gəlirlər düzgün bölünmür. Gəlirlərin xərclənməsində şəffaflıq təmin edilmir və xoşagəlməz hadisələr baş verir. Eyni zamanda, paytaxt, yaxud da böyük şəhərlər inkişaf edir, qalan bölgələrdə inkişaf getmir. Bizim regional inkişaf proqramımızın məqsədi məhz bundadır ki, bu fərq nəinki azalsın, əksinə, bölgələr gərək inkişaf etsin və paytaxtın səviyyəsinə gəlib çatsın. Ona görə bütün bu tədbirlər vaxtlı-vaxtında icra olunmalıdır.

Bir daha demək istəyirəm ki, Əli Bayramlıda aparılan işlər məni sevindirir. Əlbəttə ki, problemlər çoxdur, nöqsanlar da var. Siz də onların hamısını bilirsiniz. Amma siz düzgün istiqamətdə inkişaf edirsiniz və əminəm ki, gələcək illərdə Əli Bayramlı daha da gözəlləşəcək, gözəl binalar tikiləcək, gözəl müəssisələr, infrastruktur obyektləri yaranacaq, parklar, yollar salınacaq ki, bizim Vətənimiz çiçəklənsin, Azərbaycan möhkəmlənsin və qüdrətli dövlətə çevrilsin.

Əziz dostlar, sizin hamınızı bir daha ürəkdən salamlayıram, sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB VİDEO

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib