QEYRİ-QANUNİ PULLU RABİTƏ XİDMƏTİ GÖSTƏRƏN DƏLƏDUZ YAXALANMIŞDIR
AzerTAg.az
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində Bakı şəhərində “Türkonlayn” şirkətinin nümayəndəsi kimi özünü təqdim edən 1975-ci il təvəllüdlü Gündüz Yusif oğlu Abdullayevin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması aşkarlanmış, Azərbaycanda icazə verilməyən saytdan istifadə etməsi məlum olmuşdur. O, verdiyi izahatda bildirmişdir ki, bu növ rabitə sistemini Azərbaycanda yaymağın mümkünlüyünü və keyfiyyətini test üsulu ilə yoxlamaq üçün Türkiyənin “Türkonlayn” sirkəti xüsusi olaraq 1000 ABŞ dolları ayırmışdır.
Görülmüş tədbirlər nəticəsində Gündüz Abdullayevin qeyri-qanuni əməllərinin qarşısı alınmışdır. Şirkətə məxsus əşyalar müsadirə olunmuş, saytın bağlanması ilə yanaşı, qanunsuz rabitə sisteminin Azərbaycanda yayımı da dayandırılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var