CƏMİYYƏT


QHT-lərə Dövlət Dəstəyi Agentliyində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 10 may, AZƏRTAC

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri, QHT sədrləri və Agentliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olunub.

Daha sonra tədbiri açıq elan edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, illər bir-birini əvəz etdikcə Ümummilli Liderin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutub.

Tədbirdə çıxış edən Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Eyni zamanda, Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıb.

Digər çıxış edənlər - Müşahidə Şurasının üzvləri Azər Allahverənov, İlqar Orucov, QHT sədrləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Müşviq Ələsgərli, "Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyinin sədri Tahir Əmiraslanov, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov , "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov, "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli və digərləri Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.