REGİONLAR


QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib

Ucar, 19 oktyabr, AZƏRTAC 

Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik fəaliyyəti və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda ictimai müzakirə keçirilib.

Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaranmasının və ictimai sektorun möhkəmləndirilməsinin bilavasitə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafını şərtləndirən amillərdən biri olduğunu vurğulayıb.

Sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov məruzə ilə çıxış edib. Bildirib ki, son illər Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq demokratikləşmə, vətəndaş hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, maarifləndirmə, dünyaya inteqrasiya, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv çatdırılması və digər istiqamətlərdə fəaliyyətləri ilə böyük etimad və rəğbət qazanıb.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov çıxışında ötən 10 ildə Şuranın təşəbbüsü ilə QHT qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb.

Tədbirdə Şuranın dəstəyi ilə ərsəyə gələn “Qələbəyə gedən yol - Müsüslü döyüşləri” sənədli filmi haqqında da məlumat verilib. Rayonun Müsüslü kəndindən bəhs edən sənədli filmin nümayişi alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.