CƏMİYYƏT


QHT-lərin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və davamlı inkişafı müzakirə edilib

Bakı, 3 dekabr, AZƏRTAC

“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən həyata keçirilən beynəlxalq layihə çərçivəsində növbəti tədbir baş tutub.

ADTGT-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qoşulmama Hərəkatı ölkələri QHT-nin əməkdaşlıq şəbəkəsi: davamlı inkişaf” adlı görüş-müzakirə keçirilib.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv 10 ölkədən 40 QHT rəhbərinin iştirak etdiyi onlayn beynəlxalq tədbiri giriş sözü ilə açan ADTGT İdarə Heyətinin üzvü Hüseyn Əsgərli tədbirin əhəmiyyətini qeyd edərək layihəyə verdiyi dəstəyə görə Şuraya təşəkkürünü bildirib.

Sonra ADTGT sədri Asif Əsgərli çıxış edərək konkret istiqamətlər üzrə Qoşulmama Hərəkatı çərçivəsində şəbəkənin qurulması və davamlı inkişafa yönəlik təklifləri səsləndirib. O, Azərbaycanın təşəbbüsü olaraq, platformanın 60 illiyində - 2021-ci ildə quruma sədrlik edəcək ölkə kimi Bakıda Qoşulmama Hərəkatı ölkələri QHT-lərinin I Forumunun keçirilməsi, bu mötəbər qurumun QHT Platformasının təsis olunmasını və davamlı fəaliyyətini qeyd edib.

İordaniya, Belarus, Bosniya və Herseqovina, Özbəkistan, Ukrayna, Serbiya, Sudan, Türkiyə və Kamerundan olan QHT rəhbərləri çıxışlarında Qoşulmama Hərəkatı QHT şəbəkəsinin qurulmasını, davamlı inkişafını alqışladıqlarını bildirərək, qarşılıqlı təcrübə-məlumat mübadiləsinin və çoxtərəfli layihə və proqramların həyata keçirilməsinin önəmini vurğulayıblar.

Tədbirin sonunda Qoşulmama Hərəkatı çərçivəsində QHT şəbəkəsinin qurulması, mütəmadi fəaliyyəti sahəsində ADTGT-nin təklifləri razılaşdırılıb və 2021-ci il üçün əməkdaşlıq sahələri məqbul hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.