Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

QHT sədri: Prezident İlham Əliyev Qarabağı cənnətə çevirməklə dağıdıcı ermənilərlə qurucu azərbaycanlıların fərqini dünyaya bir daha göstərəcək

QHT sədri: Prezident İlham Əliyev Qarabağı cənnətə çevirməklə dağıdıcı ermənilərlə qurucu azərbaycanlıların fərqini dünyaya bir daha göstərəcək

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına son səfərini kifayət qədər məhsuldar adlandırmaq olar. Bu səfər zamanı bir sıra yeni obyektlərin açılışlarının şahidi olduq. Dövlətimizin başçısı hər zaman verdiyi vədləri öz real addımları və fəaliyyəti ilə sübut edib, bu dəfə də belə oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Torpaqlar işğaldan azad olunan gündən bəri Prezident İlham Əliyevin bu ərazilərə həyatın yenidən qayıdacağını və bütün sosial-iqtisadi infrastrukturun bərpa ediləcəyini vurğuladığını deyən QHT sədri bildirib: “Bu gün biz bunun canlı şahidiyik. İşğaldan azad edilən əksər bölgələrdə geniş quruculuq və abadlıq işləri həyata keçirilir, böyük sayda işçi qüvvəsi bu prosesə cəlb olunub. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə ardıcıl səfərləri, infrastruktur obyektlərinə baş çəkməsi və işlərin gedişi ilə şəxsən yaxından maraqlanması dövlətin bu prosesə diqqətinin bariz nümunəsidir”.

Onun sözlərinə görə, bölgədə aparılan işlərin digər özəlliyi orada yeni innovativ əsasda yaşayış məntəqələri və istehsal sahələrinin, sosial xidmətlər, ağıllı kənd təsərrüfatı və alternativ enerji sisteminin qurulmasıdır. Bu işlər Azərbaycana dost ölkələrin şirkətləri ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Prezident İlham Əliyev Qarabağ bölgəsini cənnət məkana çevirməklə dünyaya dağıdıcı ermənilərlə qurucu azərbaycanlıların fərqini bir daha nümayiş etdirəcək. Sözsüz ki, işğaldan azad olunan rayonlarda bu cür müasir infrastrukturun qurulması bölgəni həm xarici sərmayələr, həm də turizm üçün cəlbedici məkana çevirir. Bunun üçün bütün zəruri infrastruktur, dəmir yolu və hava limanlarının da inşası aparılır. Səfər çərçivəsində Zəngilanda yeni hava limanının əsasının qoyulması buna bariz nümunədir.

V.Əhmədov vurğulayıb ki, hələ də reallıqla barışmaq istəməyən ermənilərin həzm edə bilmədiyi məhz Azərbaycanın onların viran qoyduğu bir məkanda bu cür quruculuq işlərini həyata keçirməsidir. “Qeyd etmək lazımdır ki, bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri də bu qədər müasirliyə rəğmən, şəhərlərin tarixi görkəminin qorunub saxlanmasıdır. Cəbrayıl rayonunun girişində “Xoş gəlmişsiniz” lövhəsinin əvvəlki görkəmdə bərpasını buna misal olaraq göstərmək olar. Bu onu göstərir ki, dövlətimizin başçısı tarixi irsin qorunub saxlanmasına daim diqqət yetirir. Onun işğaldan azad olunmuş bölgələrə hər səfərində, eləcə də Cəbrayıl və Zəngilan rayonlarına son səfəri zamanı tarixi-dini abidələrə baş çəkərək onların bərpası işləri ilə maraqlanması, əvvəlki görkəmini qaytarmaq üçün göstərişlər verməsi buna əyani sübutdur”, - deyə o bildirib.

QHT sədri diqqətə çatdırıb ki, vacib məqamlardan biri də dövlətimizin başçısı və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Zəngilan məscidinin bərpası ilə maraqlanmasıdır. Bu, öz növbəsində Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində atılan ən önəmli addımlardandır. Bu səfər zamanı göstərilən reallıqlar tarixi-dini abidələrə qarşı erməni vəhşiliyinin nəticəsini bir daha nümayiş etdirir. Sirr deyil ki, Qarabağ həm də gözəl və əsrarəngiz təbiətə malikdir. Mənfur düşmən hər nə qədər bu bölgədə flora və faunanı məhv etməyə çalışsa da, bu bölgənin təbiəti gözəlliyini qoruyub saxlaya bilib.

Zəngilan rayonunun geostrateji əhəmiyyətindən, bərpa olunacaq dəmir yolu xəttindən danışan Vüqar Əhmədov vurğulayıb ki, dövlətimizin başçısı bizim qəhrəman döyüşçülərimizin bu bölgə uğrunda şiddətli döyüşlər aparmasını xatırlatdı. Sözsüz ki, ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində sərhədlərin etibarlı qorunması dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Prezident İlham Əliyevin səfərini bu baxımdan da kifayət qədər əhəmiyyətli hesab etmək olar. Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı və müasir texnika ilə təchiz olunması, Azərbaycan-İran sərhədinin 132 kilometrlik sərhədinin tam bərpa edilməsi, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin görülməsi və hərbi hissənin fəaliyyətə başlaması Qarabağ bölgəsinin etibarlı mühafizəsini göstərən amillərdəndir.

QHT sədrinin sözlərinə görə, işğaldan azad olunmuş bütün bölgələrimizdə intensiv abadlıq və quruculuq işlərinin uğurlu gedişatı onu göstərir ki, Qarabağ Azərbaycanın ən inkişaf etmiş və qabaqcıl regionlarından birinə çevriləcək. Ermənistanda baş qaldıran revanşist qüvvələrin sərhəddə törətdikləri təxribatlar isə bu inkişafdan doğan qısqanclıqdır.

“Prezident İlham Əliyev onlara bir daha xəbərdarlıq etdi ki, buna oxşar cəhdlər bir daha göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Ermənistan nə qədər tez sağlam mövqe nümayiş etdirərək, bölgədə yaranan yeni əməkdaşlıq ruhuna uyğunlaşarsa, regionun erməni əsilli Azərbaycan vətəndaşları Qarabağda qurulan yeni imkanlardan bəhrələnə biləcəklər. Əminik ki, onlar öz dağıdıcı ruhlu, işğal siyasəti yürüdən rəhbərlərindən fərqli olaraq, Azərbaycan dövlətinin və onun rəhbərinin əsas amalının qurub yaratmaq və inkişaf etdirmək olmasının fərqindədirlər”, - deyə Vüqar Əhmədov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar